Qrant alan (və almayan) təşkilatların siyahısı 151. "Feniks" Sağlam Həyat Təbliğı İctimai Birliyi / Abdullayev Xaqani Ağarza oğlu / AİDS və narkotiklərdən xilas ol! / 6 000,0 152. "Korrupsiyaya Qarşı Mübarizə" Fondu / Axundov Namiq Atilla oğlu / Antikorrrupsion İctimai Vəkillik Xidməti / 5 000,0 153. "Sosial-İqtisadi İnkişaf Uğrunda" İctimai Birliyi / Xeyrullayev Eynulla Niftulla oğlu / İnsan alveri haqqında ilkin xəbərdarlığın edilməsi / 5 985,0 154. Universitet Təhsilli Qadınlar Cəmiyyəti / CəfərovaTamam Şaməmməd qızı / Qadın alveri ilə mübarizə sahəsində maariflənmə / 4 000,0
Davamı...
Qrant alan təşkilatların siyahısı
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası avqustun 14-də 2008-ci il üçün QHT-lərə maliyyə yardımı müsabiqəsinin nəticələrini elan edib. 15 prioritet istiqamət üzrə elan olunan müsabiqəyə 367 layihə təqdim edilib. QHT-lərə maliyyə yardımı müsabiqəsinin ümumi fondu 1 milyon 200 min manat nəzərdə tutulub. Aparılan ilkin seçim nəticəsində 24 təşkilatın layihəsi şuranın qəbul etdiyi qaydalara uyğun olmadığına görə ekspertizadan kənarlaşdırılıb, 337 QHT-nin layihəsi isə ekspertizaya təqdim olunub. Bu layihələrin hər birini ayrı-ayrılıqda 3 ekspert qiymətləndirib. Nəticədə 191 layihənin maliyyələşməsi barədə qərar qəbul edilib. «Media forum» müsabiqənin bütün nəticələrini oxucuların diqqətinə çatdırır. Təqdim olunan hər üç siyahıda sıra nömrəsindən sonra təşkilatın, təşkilat rəhbərinin, layihənin adları və layihənin məbləği (manatla) göstərilib.
Davamı...

B İ L D İ R İ Ş 1 may 2008-ci il tarixində “Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumu ilə birgə Çağdaş Azərbaycan dövlətinin memarı, Ümummilli Lider, Azərbaycan xalqının bəşəriyyət tarixinə bəxş etdiyi Böyük Şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 85 illik yubileyi münasibətiylə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirir.
Davamı...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 avqust 2005-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Gəncliyi Dövlət Proqramı» (2005-2009-cu illər)nın 6-cı fəslinin 6.11 bəndinin icrasını təmin etmək məqsədilə Gənclər və İdman Nazirliyi 6 iyun 2008-ci il tarixdə Bakı şəhərində “Gənclər təşkilatlarının ikinci Respublika Sərgisi”ni keçirəcəkdir. Məqsəd: Gənclər təşkilatlarının fəaliyyətinin təbliğ olunması və gənclərin ictimai fəaliyyətə cəlb olunmalarını stimullaşdırmaqdır.
Davamı...
Azərbaycan Xalq Cümhuriyyətinin - 90, Mir Cəlal (Paşayev) - 100 VIII Bakı Kitab Bayramı Yubileyimiz – 10 ilimiz Azərbaycan Respublikasında İllik Milli Kulturoloji Layihə 
(Önənilki - VII Bakı Kitab Bayramının rəsmi mərasimindən kadr)
Davamı...
Xocalı soyqırımına həsr olunmuş tədbirə dəvət "Müasir Gənclik və Sosial İnkişaf" İctimai Birliyi Yeni Yazarlar və Sənətçilər Qurumunun nəzdində fəaliyyət göstərən Gənclər "Pen-klub"u ilə birgə Xocalı soyqırımının 16-cı ildönümünə həsr olunmuş "Gənclər tariximizi unutmayaq!!!" mövzusunda tədbir keçirir. Fevralın 22-də saat 11.00-da Beynəlxalq Mətbuat Mərkəzinin böyük zalında keçiriləcək tədbir Dəyirmi masa - diskussiya formatındadır. Məclisə AR Milli Məclisin üzvləri, QHT rəhbərləri, tarixçi alimlər, politoloqlar, tələbə-gənclər, o cümlədən yazılı və elektron Kütləvi İnformasiya Vasitələri nümayəndələri dəvətlidirlər (daha geniş materiallar burada).
Davamı...
AZAY QULİYEV QHT-lərə DÖVLƏT DƏSTƏYİ ŞURASINA SEÇKİLƏR ZAMANI MÜXALİFYÖNLÜLƏRƏ PROBLEM YARADILACAĞINA İNANMIR
Bu gün Dövlət İdarəetmə Akademiyasında qeyri-hökumət təşkilatlarının ümumrespublika toplantısı keçirililib. Milli QHT Forumunun prezidenti, millət vəkili Azay Quliyevin «Media forum» saytına bildirdiyinə görə, toplantıda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə namizədlərlə bağlı tələblər, qaydalar, qeydiyyat məsələsi, bu və ya digər təşkilatın hansı sektorda qeydiyyatının mümkünlüyü, bütövlükdə gələcək seçkilərin keçirilməsi ilə bağlı prosedur məsələləri müzakirə olunub: «Bilirsiniz ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının formalaşması prosesində hər QHT yalnız bir sektorda qeydə alınacaq və yalnız bir namizədlə şurada təmsil olunacaq. Bununla bağlı toplantıda ətraflı məlumat verildi».
Davamı...
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ ŞURASI ÜZVLÜYÜNƏ NAMİZƏDLƏRİN İRƏLİ SÜRÜLMƏSİ ÜÇÜN İXTİSASLAŞMIŞ QHT QRUPLARININ YIĞINCAQLARI KEÇİRİLƏCƏKDİRAzərTAc xəbər verir ki, Prezident İlham Əliyevin 2007-ci il 13 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”yə uyğun olaraq, Şura üzvlüyünə namizədlərin irəli sürülməsini təmin etmək üçün 2008-ci ilin fevralında ixtisaslaşmış QHT qruplarının yığıncaqları keçiriləcəkdir. Prezidentin İcra Aparatından verilən məlumata görə, yığıncaqlarda insan hüquqları və demokratiya, ailə, qadın və uşaq, qaçqın, köçkün, əlil və veteranların məsələləri, iqtisadi və sosial məsələlər, təhsil, elm və mədəniyyət,
Davamı...
Yazılar cəmi: 16
|
|
- İndi blogda: 44
- Keçən ayın hiti: 1146
- Dünənki hit: 30
- Bugünki hit: 95
- Ümumi hit: 12875
|