Qrant alan təşkilatların siyahısı
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası avqustun 14-də 2008-ci il üçün QHT-lərə maliyyə yardımı müsabiqəsinin nəticələrini elan edib. 15 prioritet istiqamət üzrə elan olunan müsabiqəyə 367 layihə təqdim edilib. QHT-lərə maliyyə yardımı müsabiqəsinin ümumi fondu 1 milyon 200 min manat nəzərdə tutulub. Aparılan ilkin seçim nəticəsində 24 təşkilatın layihəsi şuranın qəbul etdiyi qaydalara uyğun olmadığına görə ekspertizadan kənarlaşdırılıb, 337 QHT-nin layihəsi isə ekspertizaya təqdim olunub. Bu layihələrin hər birini ayrı-ayrılıqda 3 ekspert qiymətləndirib. Nəticədə 191 layihənin maliyyələşməsi barədə qərar qəbul edilib. «Media forum» müsabiqənin bütün nəticələrini oxucuların diqqətinə çatdırır. Təqdim olunan hər üç siyahıda sıra nömrəsindən sonra təşkilatın, təşkilat rəhbərinin, layihənin adları və layihənin məbləği (manatla) göstərilib.
Davamı...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 avqust 2005-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Gəncliyi Dövlət Proqramı» (2005-2009-cu illər)nın 6-cı fəslinin 6.11 bəndinin icrasını təmin etmək məqsədilə Gənclər və İdman Nazirliyi 6 iyun 2008-ci il tarixdə Bakı şəhərində “Gənclər təşkilatlarının ikinci Respublika Sərgisi”ni keçirəcəkdir. Məqsəd: Gənclər təşkilatlarının fəaliyyətinin təbliğ olunması və gənclərin ictimai fəaliyyətə cəlb olunmalarını stimullaşdırmaqdır.
Davamı...
Təşkilatlar və Maliyyə Müəssisələri Maliyyə mənbələri - İçtimai müəssisələrin maliyyələşdirilməsi üzrə müəssisə və təşkilatların siyahısı AAUW Təhsil Təşkilatı təhsil sahəsində birbaşa qadın və qızların xeyrinə çalışan ölkənin ən böyük özəl maliyyə mənbələrindən biridir. Təşkilat təməl araşdırmaları, ali təhsil müəssisələrində elmi araşdırma işlərini, Yer üzünün tanınmış qadınları üçün qrantların təşkili, özəl mükafatlar; və içtimai zəruri layihələrin maliyyələşdirilməsini həyata keçirir.
Davamı...
Yazılar cəmi: 6
|
|
- İndi blogda: 26
- Keçən ayın hiti: 1146
- Dünənki hit: 30
- Bugünki hit: 77
- Ümumi hit: 12857
|