AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ ŞURASI QHT-LƏRƏ İLK MALİYYƏ YARDIMI MÜSABİQƏSİNİ ELAN ETMİŞDİR
İyunun 12-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev mətbuat konfransı keçirmişdir. Azay Quliyev şuranın fəaliyyəti, görülən işlər barədə məlumat vermişdir. Bildirmişdir ki, qurumun fəaliyyətinin tənzimlənməsi üçün zəruri olan sənədlər və hüquqi-normativ aktlar hazırlanaraq təsdiqlənmişdir. Yaradılmış hüquqi