Xocalı soyqırımına həsr olunmuş tədbirə dəvət "Müasir Gənclik və Sosial İnkişaf" İctimai Birliyi Yeni Yazarlar və Sənətçilər Qurumunun nəzdində fəaliyyət göstərən Gənclər "Pen-klub"u ilə birgə Xocalı soyqırımının 16-cı ildönümünə həsr olunmuş "Gənclər tariximizi unutmayaq!!!" mövzusunda tədbir keçirir. Fevralın 22-də saat 11.00-da Beynəlxalq Mətbuat Mərkəzinin böyük zalında keçiriləcək tədbir Dəyirmi masa - diskussiya formatındadır. Məclisə AR Milli Məclisin üzvləri, QHT rəhbərləri, tarixçi alimlər, politoloqlar, tələbə-gənclər, o cümlədən yazılı və elektron Kütləvi İnformasiya Vasitələri nümayəndələri dəvətlidirlər (daha geniş materiallar burada).
Davamı...
AZAY QULİYEV QHT-lərə DÖVLƏT DƏSTƏYİ ŞURASINA SEÇKİLƏR ZAMANI MÜXALİFYÖNLÜLƏRƏ PROBLEM YARADILACAĞINA İNANMIR
Bu gün Dövlət İdarəetmə Akademiyasında qeyri-hökumət təşkilatlarının ümumrespublika toplantısı keçirililib. Milli QHT Forumunun prezidenti, millət vəkili Azay Quliyevin «Media forum» saytına bildirdiyinə görə, toplantıda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə namizədlərlə bağlı tələblər, qaydalar, qeydiyyat məsələsi, bu və ya digər təşkilatın hansı sektorda qeydiyyatının mümkünlüyü, bütövlükdə gələcək seçkilərin keçirilməsi ilə bağlı prosedur məsələləri müzakirə olunub: «Bilirsiniz ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının formalaşması prosesində hər QHT yalnız bir sektorda qeydə alınacaq və yalnız bir namizədlə şurada təmsil olunacaq. Bununla bağlı toplantıda ətraflı məlumat verildi».
Davamı...
Yazılar cəmi: 10
|
|
- İndi blogda: 33
- Keçən ayın hiti: 1146
- Dünənki hit: 30
- Bugünki hit: 84
- Ümumi hit: 12864
|