Reklam verin!
     
 

Yeni Yazarlar Qurumu

QHT-LƏRƏ DÖVLƏT DƏSTƏYİ ŞURASI LAYİHƏ MÜSABİQƏSİ (Elan, ərizə forması)

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ ŞURASI QHT-LƏRƏ İLK MALİYYƏ YARDIMI MÜSABİQƏSİNİ ELAN ETMİŞDİR

İyunun 12-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev mətbuat konfransı keçirmişdir.
Azay Quliyev şuranın fəaliyyəti, görülən işlər barədə məlumat vermişdir. Bildirmişdir ki, qurumun fəaliyyətinin tənzimlənməsi üçün zəruri olan sənədlər və hüquqi-normativ aktlar hazırlanaraq təsdiqlənmişdir. Yaradılmış hüquqi

 baza QHT-lərə maliyyə yardımı ayrılması prosesinə başlanmasına imkan yaratmışdır.
Şura sədri QHT-lərə maliyyə yardımının Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasındakı prioritet istiqamətlər üzrə göstəriləcəyini vurğulamışdır. O bildirmişdir ki, şura müsabiqəyə təqdim edilmiş QHT layihələrinin maliyyələşdirilməsində heç bir ayrı-seçkiliyə yol vermədən, layihələrin peşəkarlıq xüsusiyyətlərinə, ictimai əhəmiyyətinə və icra olunmasında gözlənilən zəruri keyfiyyət amillərinə diqqət yetirəcəkdir.
A.Quliyev onu da bildirmişdir ki, QHT-lərə dövlət dəstəyi məqsədi ilə 2008-ci ilin dövlət büdcəsindən 1,5 milyon manat vəsait nəzərdə tutulmuşdur. Bu vəsaitin az bir qismi şuranın katibliyinin xərclərinin ödənilməsinə, qalan hissəsi isə qeyri-hökumət təşkilatlarının layihələrinin maliyyələşdirilməsinə yönəldiləcəkdir.
Sonra şura sədri jurnalistləri maraqlandıran suallara aydınlıq gətirmişdir.


AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ ŞURASI 2008-ci il üçün

QHT-lərin layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə
ELAN EDİR
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra Şura adlanacaq) QHT-ləri müsabiqədə iştirak etmək üçün ərizələrini təqdim etməyə dəvət edir.
Şura ilk növbədə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq, aşağıdakı istiqamətlər üzrə layihələrə üstünlük verəcəkdir:

İstiqamətlər
Ümumi fond
1.  
İnsan hüquq və azadlıqlarının müdafiəsi, demokratik proseslərin inkişafı və vətəndaşların seçki fəallığının artırılması, söz, fikir və ifadə azadlığının genişlənməsi
90.000 AZN
2.  
QHT-lərin institusional inkişafı və onlarda peşəkarlığın artırılması, QHT maarifçiliyi və QHT-lərin ictimaiyyətlə əlaqələrinin (PR) gücləndirilməsi
90.000 AZN
3.  
Qaçqın və məcburi köçkünlərin, əsir və girov götürülmüş şəxslərin hüquqlarının beynəlxalq təşkilatlarda və beynəlxalq məhkəmə orqanlarında müdafiə edilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təbliğ edilməsi
90.000 AZN
4.  
Ailə, qadın, uşaq və gənclərin problemlərinin həllinə dəstək 
90.000 AZN
5.  
Qaçqın və məcburi köçkünlərin, əlil, veteran və şəhid ailələrinin problemlərinin həllinə kömək
90.000 AZN 
6.  
Azərbaycanın dünya birliyinə inteqrasiyasının təşviqi və azərbaycançılığın təbliği
90.000 AZN   
7.  
Azərbaycanın milli-etnik müxtəlifliyinin və milli azlıqların  mədəni irsinin qorunması
90.000 AZN
8.  
Səhiyyənin inkişafı, əhalinin sağlamlığının qorunması, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi
90.000 AZN
9.  
Gənclərin vətənpərvərlik ruhunun gücləndirilməsi, onların fiziki və mənəvi inkişafının təmin edilməsi
90.000 AZN
10.            
Elm,təhsil və mədəniyyətin inkişafına dair təşəbbüslərin dəstəklənməsi
90.000 AZN
11.            
Terrorizmə, narkomaniyaya, korrupsiyaya və insan alverinə qarşı mübarizə
90.000 AZN
12.            
Regionlarda sosial-iqtisadi inkişafa, vətəndaş cəmiyyəti təsisatlarının möhkəmlənməsinə  və institusional inkişafına dəstək
90.000 AZN
13.            
Sahibkarlığın inkişafının dəstəklənməsi, sosial tərəfdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və sosial sərmayə proqramlarının effektivliyinin monitorinqi
90.000 AZN
14.            
Beynəlxalq təşkilatlarla və xarici ölkələrdə fəaliyyət göstərən qeyri-hökumət qurumları ilə əməkdaşlığın genişləndirilməsi
70.000 AZN
15.            
Qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericilik bazasının və dövlət orqanları ilə qeyri-hökumət təşkilatlarının münasibətlərinin dərinləşməsinə yönəlmiş normativ hüquqi aktların təkmilləşdirilməsi
30.000 AZN

Müsabiqə aşağıdakı sahələri dəstəkləmir:
·        Siyasi fəaliyyət
·        Dini fəaliyyət
·        Ayrı-ayrı fərdlərə maddi yardım
·        Təhsil üçün təqaüdlər.
Hər layihə üçün maksimum məbləğ 20 000 (iyirmi min) manat müəyyən edilmişdir.
Ərizələr 2008-ci ilin iyun ayının 12 -dən iyul ayının 2- dək həftənin I-V günlərində saat 10.00-dan 18.00-dək  Şuranın ofisində qəbul olunur. Ərizə şəxsən təqdim edilə və ya poçtla göndərilə bilər.
Ünvan: Bakı şəhəri, AZ 1065, C.Cabbarlı küçəsi 44, Caspian Plaza.
Nəticələr 30  iyul 2008-ci il tarixdən sonra elan ediləcəkdir.
Ərizə yalnız Şuranın təsdiq etdiyi formada (elana əlavə edilir), Azərbaycan dilində çap və elektron variantda (diskdə, Times New Roman şriftində) təqdim edilməli və Şuranın Katibliyində qeydiyyatdan keçməlidir.
Ərizə təqdim edən QHT üçün tələblər:
·        QHT-nin bank hesabı olmalı
·        Hər QHT yalnız bir layihə təklifi ilə çıxış etməlidir.
Layihəyə aşağıdakı sənədlər əlavə olunur:
·        İcra planı
·        Microsoft Excel Proqramında tərtib olunmuş büdcə
·        QHT-nin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti
·        VÖEN-in surəti
·        Layihə rəhbərinin tərcümeyi-halı (CV)
·        Birgə layihələr olduğu təqdirdə birgə fəaliyyətə dair imzalanmış müqavilə.
Müsabiqə ilə bağlı ətraflı məlumatı 20 iyun 2008-ci il tarixdə saat 11.00-da Beynəlxalq Mətbuat Mərkəzində müsabiqəyə həsr olunmuş məlumat sessiyasında əldə edə bilərsiniz.
Qeyd: Müsabiqə ilə bağlı əlavə məlumatları Şuranın Katibliyindən əldə edə bilərsiniz.
Tel: (012) 596 53 06, 596 53 07, fax: (012) 596 53 07

Müsabiqədə iştirak etdiyinizə görə təşəkkürümüzü bildiririk!

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ ŞURASINDAN MALİYYƏ YARDIMININ ALINMASI ÜÇÜN
ƏRİZƏ FORMASI

Katibliyin qeydləri üçün
Qeydiyyat nömrəsi  ____________
Qeydiyyat tarixi      “__” ________ 20_ il
Qeydə alan məsul şəxs:
    Adı və soyadı __________________
    Vəzifəsi           __________________
     İmzası            __________________
Mövzu ____________________________
Şifahi müsahibə aparan:
Adı və soyadı ______________________
Vəzifəsi ___________________________
Müsahibə tarixi “___”__________ 20__ il
İmzası __________________
Ekspertlərin ümumi  rəyi ______________
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ ŞURASINDAN
MALİYYƏ YARDIMININ ALINMASI ÜÇÜN   
ƏRİZƏ FORMASI
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  (bundan sonra Şura adlanacaq) maliyyə yardımı müsabiqəsi üçün ərizə formasını (o cümlədən elektron variantını)  Şuranın katibliyindən əldə edə  bilərsiniz.
1.      ÜMUMİ MƏLUMAT
Layihənin adı
Layihənin mövzusu
Layihənin rəhbəri (adı və soyadı) və onun təşkilatda tutduğu vəzifəsi
Təşkilatın adı
Dövlət qeydiyyatı haqqında şəhadətnaməninnömrəsi
Bank rekvizitləri
Poçt ünvanı və indeksi
Təşkilatın rəhbərinin adı, soyadı və atasının adı
İş telefonu
Ev telefonu
Mobil telefonu
Elektron poçt ünvanı
Layihənin müddəti
Layihənin ümumi məbləği
Şuradan tələb olunan məbləğ
Təqdim olunan ərizədə məlumatların düzgünlüyünü təsdiq edirəm.
Möhür yeri                     Təşkilatın rəhbərinin imzası             _________________            
Tarix:                        “____” ____________ 20______ il
 2.      TƏŞKİLAT HAQQINDA ÜMUMİ MƏLUMAT
2.1. TƏŞKİLATIN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTİ (Missiyası)
2.2. TƏŞKİLATIN TƏQDİM ETDİYİ LAYİHƏ ÜZRƏ TƏCRÜBƏSİ
Bu bölmədə layihədə göstərilən ictimai problemin həlli sahəsində təşkilatınızın iş təcrübəsi, həyata keçirdiyi tədbirlər və layihələr, mütəxəssis potensialı haqda məlumatlar qeyd edilir (məlumatın həcmi 1 səhifədən (A-4) çox olmamalıdır).
2.3. TƏŞKİLATIN HƏYATA KEÇİRDİYİ LAYİHƏLƏR
Bu başlıq altında aşağıdakı formaya uyğun olaraq təşkilatınızın son 3 ildə həyata keçirdiyi layihələr barədə  məlumat verilməlidir.
Layihənin adı
Həyata keçirilmə müddəti
Məbləği
Donoru
1
2
  
LAYİHƏNİN YAZILIŞ QAYDASI
EKSPERTİZAYA TƏQDİM OLUNAN MƏLUMAT
Katibliyin qeydləri üçün
Qeydiyyat nömrəsi ____________
Qeydə alan məsul şəxs:
İmzası             __________________
Adı və soyadı __________________
Vəzifəsi          __________________
Mövzu ______________________________
Ekspertiza aparan:
1) Adı və soyadı _______________________
    Ekspertiza tarixi “___”________ 20____ il
    Rəyi ____________________________
     İmzası __________________
2) Adı və soyadı ________________________
    Ekspertiza tarixi “___”_________ 20___ il
    Rəyi _____________________
     İmzası __________________
3) Adı və soyadı _________________________
    Ekspertiza tarixi “___”_________ 20___ il
    Rəyi _____________________
    İmzası __________________
LAYİHƏNİN ADI
Layihənin adını aydın şəkildə yazın.
PROBLEMİN TƏSVİRİ
Layihədə həllinə çalışmaq istədiyiniz problemi (məsələni) təsvir edin. Problemin Azərbaycan cəmiyyəti üçün aktual olduğunu əsaslandırın  (məlumatın həcmi 1 səhifədən (A-4) çox olmamalıdır).
LAYİHƏNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
Layihənin məqsədini və qarşıya qoyduğu vəzifələri göstərin.
LAYİHƏDƏN FAYDALANANLAR
Layihənin ünvanlandığı əhali qrupu haqqında məlumat verin.
LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ GÖRÜLƏCƏK İŞLƏR
Layihə çərçivəsində göstərilən məsələnin  həlli üçün hansı işlər görəcəyinizi ardıcıllıqla qeyd edin və hər bir fəaliyyətin qısa şərhini verin.
İCRA PLANI
Xronoloji ardıcıllıqla cədvəl şəklində layihənin həyata keçirilməsi üçün nəzərdə tutulan fəaliyyəti, onun icra vaxtını, yerini və icraya məsul şəxsi qeyd edin.
GÖZLƏNİLƏN NƏTİCƏLƏR
Layihənin icrasından əldə olunacaq  konkret nəticələri qeyd edin. Layihə təsvir edilən problemin həllinə necə təsir edəcək?
LAYİHƏNİN MONİTORİNQİ VƏ DAVAMLILIĞI
Layihənin icrası və  nəticələri haqqında ictimaiyyətin məlumatlandırılması və  informasiya əldə etmək yollarını  göstərin. Layihənin icrası başa çatdıqdan onun davamlılığının təmin olunması istiqamətində görəcəyiniz işləri qeyd edin.
LAYİHƏNİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HESABATLIĞI
Layihənin qiymətləndirmə meyarlarını və hesabatlılıq formalarını qeyd edin.  
BÜDCƏ
Büdcə Microsoft Excel Proqramında tərtib olunmuş ayrıca sənəd şəklində layihəyə əlavə olunmalıdır.
E-mənbə: http://azertag.com/ 

Bookmark and Share

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

elaqelendirici
  • İndi blogda: 49
  • Keçən ayın hiti: 1146
  • Dünənki hit: 30
  • Bugünki hit: 100
  • Ümumi hit: 12880

AddThis Feed Button
Add to Technorati Favorites


  © Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com