
AzərTAc xəbər verir ki, mayın 26-da Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığı ilə ənənəvi VIII Bakı Kitab Bayramı keçirilmişdir.
Qurumun sədri, kulturoloq Aydın Xan (Əbilov), xalq şairi Sabir Rüstəmxanlı, Milli Kitabxananın direktoru Kərim Tahirov, Misir Mədəniyyət Mərkəzinin direktoru Adel Dərviş, “Azərbaycan interneşl” jurnalının baş redaktoru Betti Bleyer və başqaları Azərbaycan Xalq Cümhuriyyətinin 90 və görkəmli yazıçımız Mir Cəlal Paşayevin anadan olmasının 100 illik yubileylərinə həsr olunmuş kitab bayramı münasibətilə iştirakçıları təbrik etmiş, naşirlərlə müəlliflər, yazıçılarla oxucular arasında birbaşa əlaqələrin yaradılmasında, fikir mübadiləsi aparılmasında tədbirin xüsusi əhəmiyyətini vurğulamışlar. Həm də bildirilmişdir ki, bayram çərçivəsində keçirilən müsabiqələr kitab nəşrinin keyfiyyətinə, müəlliflərin məsuliyyətinin artırılmasında da mühüm rol oynayır.
Tədbirdə vurğulanmışdır ki, VIII Bakı Kitab Bayramı – Milli Kulturoloji Mükafat Komissiyası müsabiqəyə təqdim olunmuş 300-dən artıq ədəbi-mədəni və kitab-nəşr layihələri arasından 33 nominasiya üzrə qalibləri müəyyən etmişdir.
AzərTAc-ın əməkdaşı Zərəngiz Dəmirçi Qayalı “2007-ci ilin qadın şairi”, Flora Xəlilzadə “2007-ci ilin publisistik-sənədli kitabı”, yazıçı-tərcüməçi Kamran Nəzirli “2007-ci ilin bədii nəsr kitabı”, yazıçı-publisist Aqil Abbas “2007-ci ilin bədii romanı” nominasiyaları üzrə qalib hesab edilmişlər.
Tədbirdə müxtəlif nəşriyyatlar çap nümunələrini təqdim etmiş, yeni kitabların sərgisi açılmış, müəlliflərlə naşirlərin, yazıçılarla oxucuların dialoqu təşkil olunmuşdur.

Milli Kitabxana belə möhtəşəmliyi çoxdan görməmişdi...

Oxumağa meyl həmişə gənclərin həvəsi olub!!!

Dünya standartlarına cavab verən nəşriyyat: "Təhsil" Nəşriyyat-Poliqrafiya Mərkəzinin stendlərinə maraq çox idi...

Hamı vurğulayır ki, budəfəki Kitab Bayramının səviyyəsi çox yüksək idi...

Elektron Kitabxanalarımızın sayı günü-gündən artır:
Heydər Əliyev e-kitabxansının rəhbəri Fuad Babayev

Azərbaycanın bütün TV-ləri bayramı işıqlandırdı: sağ olsunlar
VIII Bakı Kitab Bayramının - Milli Kulturoloji Mükafatın təqdimat mərasimi Kitabxananın böyük zalında keçirildi...

Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı 50 milyonluq Azərbaycanlılar adından bizi təbrik etdi...

AR Mədəniyyət və Turizm Nazirliyinin rəsmi təbrikini tanınmış şair Çingiz Əlioğlu məclisdəkilərə çatdırdı...

Azərbaycan intellektualları ciddi tədbirlər üçün darıxmışdı...

Azərilərlə yanaşı xarici qonaqlarimiz da - Türkiyə, Misir, ABŞ, Rusiya, Qırğızıstan, Ukrayna və b. ölkələrdən təşrif buyuranlar çox idi...

ABŞ-dan Betti xanım Bleyer (ingiliscə buraxılan "Beynəlxalq Azərbaycan" dərgisinin baş redaktoru) təşrif buyurmuşdu...

Hətta Misir Mədəniyyət Mərkəzinin direktoru cənab Dərviş də bizimlə idi...

Bunlar isə sərginin keçirilməsində böyük əməyi olan YYSQ-çilərdir...
Eşq olsun!!!
salam Aydin muellim nehayet ki, bu sekili tapib baxdim.Bu tedbirde 3cehet mene xos tesir bagisladi.Flora xanim ve Sabir muellimle eyni mekani bolusmemize vesile oldun, 2-cisini ozunuz texmin edin ve nehayetinde bu gozel xatire-kollektiv resm
İyun 1, 2008 2:00