Reklam verin!
     
 

Yeni Yazarlar Qurumu

Azərbaycan KİV-ləri Möhtəşəm Kulturoloji layihəmiz barədə...

Təşəkkürlər Azərbaycan yazılı və elektron KİV-ləri...

E-mənbə: http://azerbaijan.news.az/index.php?Lng=aze&Pid=24768

VIII Bakı kitab bayramı


Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, eləcə də Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi İQƏAİM-nin təşkilati-texniki yardımı ilə bu ilin mart-iyun aylarını əhatə edən VIII Bakı kitab bayramı - Milli kulturoloji layihə həyata keçirilir. Kulturoloji layihə çərçivəsində sərgi, ilin mədəniyyət, ədəbiyyat hadisələrini əhatə edən Milli kulturoloji müsabiqə, görüşlər, müzakirələr və başqa tədbirlər təşkil olunub.
M.F.Axundov adına Milli Kitabxanada VIII Bakı kitab bayramı - Milli kulturoloji layihənin əsas mərasimi - sərgi, ədəbi-mədəni ictimaiyyətin görüşü və mükafatlandırma mərasimi keçirildi. Tədbiri Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq Aydın Xan açaraq bildirdi ki, kitab bayramı Azərbaycan Xalq Cümhuriyyətinin 90, eləcə də xalq yazıçısı Mir Cəlalın 100 illiyinə həsr olunub. VIII Bakı kitab bayramı - Milli Kulturoloji Mükafat Komissiyası üzvlərinin son toplantısında müsabiqəyə təqdim olunmuş çoxsaylı (300-dən artıq) ədəbi-mədəni və kitab-nəşr layihələrinin sırasında 33 iş uğurlu sayılmış, qaliblərin mükafatlandırılması qərara alınmışdır.
Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisi, şair Çingiz Əlioğlunun və Milli Məclisin deputatı Sabir Rüstəmxanlının çıxışından sonra 2007-ci ilin ayrı-ayrı nominasiyaları arasında dəyərli mədəniyyət, ədəbiyyat, kitab-nəşr məhsulları sahiblərinə VIII Bakı kitab bayramının diplom və hədiyyələri verildi.
"Təhsil" nəşriyyatının direktoru Bəhruz Axundov milli kitab nəşrini, nəşriyyat-poliqrafiya mədəniyyətini yüksək dünya standartlarına qaldırdığına, peşəkar poliqrafiya müəssisəsi kimi fəaliyyət göstərdiyinə;
"Heydər Əliyev irsi" beynəlxalq elektron kitabxana internet ünvanında 30-a yaxın dildə dünya oxucusuna ümummilli lider Heydər Əliyevin dəyərli irsini innovativ formada çatdırdığına, həmçinin çoxsaylı nəşr məhsulları ilə ulu öndərin yaratmış olduğu siyasi dövlətçilik məktəbini layiqincə təbliğ etdiyinə;
Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan tarixinin ən mürəkkəb və şanlı səhifələrindən birinin müəllifi - Gəncə xanlığının başçısı Cavad xanın ömür yolu haqqında sənətkarlıqla qələmə aldığı "Ölüm zirvəsi" əsərinə və ədəbiyyatımızın tarixi-bədii nəşr qolunun inkişafındakı xidmətinə;
AMEA-nın müxbir üzvü Nizami Cəfərovun seçilmiş əsərlərindəki elmi dəyərlərə, intellektual türkologiyanın inkişafındakı əhəmiyyətinə və milli elmimizi dünya səviyyəsinə qaldırdığına;
"Azərbaycan" qəzetinin şöbə müdiri, şair-publisist Flora Xəlilzadə "Yolum düşə Zəngəzura" kitabında indiki Ermənistanın fiziki, siyasi və mədəni soyqırıma məruz qalmış qədim bir bölgəsinin - Zəngəzurun tarixi, mədəniyyət abidələri, yer adları, insanları barədə qiymətli faktları arxiv materialları əsasında real təsvirlərlə yaratdığına;
Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbasın "Dolu" romanında işğalçı Ermənistanın Azərbaycanın qədim torpaqlarında - Dağlıq Qarabağda törətdiyi vəhşilikləri bədii ustalıqla təsvir etdiyinə, çağdaş milli-bədii nəşrimizin Qarabağ mövzusunda maraqlı sənət əsəri kimi;
İctimai Televiziya və Radio Yayımları Şirkətinin musiqili bədii və əyləncəli verilişlər departamentinin direktoru Füzuli İsmayılov, Azərbaycan radiosunun "Səhər" informasiya proqramının redaktoru Mübariz Süleymanlı, 85 il ərzində Azərbaycan milli elmi-mədəni ocağı kimi fəaliyyət göstərən kitab və digər informasiya-vasitələrinin ictimai saxlanğıcı olaraq həyata keçirdiyi çoxsaylı proqram, tədbir, təqdimat mərasimləri, eləcə də oxuculara göstərdiyi yüksək xidmətlərə görə M.F.Axundov adına Milli Kitabxana qaliblərin sırasında idi.
Xatırladaq ki, kitabxananın foyesində "Araz", "Avropa", "Təhsil", "Mütərcim", "Azərbaycan" və digər nəşriyyatların çap etdiyi yüzlərlə kitab sərgiləndi.

Zəkurə QULİYEVA,
"Azərbaycan"
 
 
http://www.aztv.az/az-tv/meqale.asp?id=2424

BAKIDA VIII KЭTAB BAYRAMI KEЗЭRЭLЭB

Mənbə: AzTV
Mövzu: Cəmiyyət

Dərc edilmişdir: 26/5/2008 18:51:42

Mirzə Fətəli Axundov adэna Milli Kitabxanada VIII Bakэ Kitab Bayramэ keзirilib. Tədbir Gənclər və Эdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Yazэзэlar Birliyi və Yeni Yazarlar və Sənətзilər Qurumunun birgə layihəsi əsasэnda təюkil olunub. Builki Kitab Bayramэ Azərbaycan Xalq Cьmhuriyyətinin 90 və xalq yazэзэsэ Mir Cəlal Paюayevin 100 illiyinə həsr olunub. Tədbirin əsas təюkilatзэsэ olan Yeni Yazarlar və Sənətзilər Qurumunun sədri Aydэn Əbilov qeyd edib ki, tədbirdə цtən il зap olunan kitablarэn sərgisi təюkil olunub. Sərgidə 5000-dən зox kitab və 30-a yaxэn kitab-nəюr layihələri nьmayiю olunur. Yeni Yazarlar Və Sənətзilər Qurumunun Sədri Aydэn Əbilov Bakэda kitab bayramэnэn 8-ci dəfə keзirildiyini bildirib. Azərbaycan mədəniyyətinin зox bцyьk bir qolunu təюkil edən зaрdaю kitab sahəsinin uрurlarэnэ, perspektivlərini burada nьmayiю etdirilib. undan baюqa tədbirdə Kitab Bayramэnэn Milli Kulturoloji Mьkafatэna təqdim edilən 300 nəюrdən 33-ь mьxtəlif nominasiyalar ьzrə qalib elan edilib. Milli mədəniyyətimizin-зaрdaю ədəbiyyatэmэzэn inkiюafэna təkan verən dцvlət proqramlarэna, eləcə də yazarlara xьsusi diqqət və qayрэsэna, milli-mənəvi dəyərlərin inkiюafэndakэ xidmətlərinə gцrə Prezident Эlham Əliyev “2007-ci ilin Ədəbiyyat dostu” nominasiyasэna layiq gцrьlьb. “2007-ci ilin ədəbi-intellektual saytэ” adэ isə ”Heydər Əliyev Эrsi” Beynəlxalq Elektron Kitabxanasэna verilib. Azərbaycan Radiosunun “Səhər” Эnformasiya proqramэ isə ilin ədəbi radiosu adэnэ qazanэb.


http://www.anl.az/

26 may 2008-ci ildə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə  Yeni Yazarlar və Sənətçilər Qurumunun VIII Bakı Kitab Bayramı keçirilmişdir. Builki VIII Bakı Kitab Bayramı Azərbaycan Xalq Cümhuriyyətinin 90, eləcə də xalq yazıçısı Mir Cəlalın (Paşayevin)  100 illiyinə həsr olunub. 

http://ria.az/medeniyyet/afisha/956.html


 Mayın 26-da M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığı və təşəbbüsü, Gənclər və İdman nazirliyinin maliyyə dəstəyi , eləcə də Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılır birliyinin təşkilati yardımıyla Azərbaycan Xalq Cümhuriyyətinin-90, Mir Cəlal Paşayevin 100 ililk yubileyinə həsr olunmuş VIII Bakı Kitab Bayramı keçiriləcək.

 Ənənəvi olaraq hər ilə keçirilən Kitab bayramında bu il də Milli Kulturoloji Mükafatın-"2007-ci ilin mədəniyyət olayı", "2007-ci ilin kitabı" müsabiqəsinin mükafatlandırma mərasimi planlaşdırılır. Kitab bayramının keçirilməsində məqsəd həmçinin nəşriyyatlar və müəlliflərin birbaşa iştirakıyla yeni kitabların sərgisi, ötən ilin dəyərli kitablarının və dəyərli hadisələrinin fərqləndirilməsi, müəlliflərlə naşirlərin, yazarlarla oxucuların birbaşa görüşünün təşkili, gənc yazarların kitablarının sərgisi, milli mədəniyyət və çağdaş ədəbiyyatın-Azərbaycan kitabının təbliğidir.


http://www.anspress.com/nid74678.html

VIII Bakı Kitab Bayramı keçirilib
 
Milli Kulturoloji Mükafat Komissiyası müsabiqəyə təqdim olunmuş 300-dən artıq ədəbi-mədəni və kitab-nəşr layihələri arasından 33 nominasiya üzrə qalibləri müəyyən edib
Mayın 26-da Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığı ilə ənənəvi VIII Bakı Kitab Bayramı keçirilib.
Qurumun sədri, kulturoloq Aydın Xan (Əbilov), xalq şairi Sabir Rüstəmxanlı, Milli Kitabxananın direktoru Kərim Tahirov, Misir Mədəniyyət Mərkəzinin direktoru Adel Dərviş, “Azərbaycan interneşl” jurnalının baş redaktoru Betti Bleyer və başqaları Azərbaycan Xalq Cümhuriyyətinin 90 və görkəmli yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 100 illik yubileylərinə həsr olunmuş kitab bayramı münasibətilə iştirakçıları təbrik edib, naşirlərlə müəlliflər, yazıçılarla oxucular arasında birbaşa əlaqələrin yaradılmasında, fikir mübadiləsi aparılmasında tədbirin xüsusi əhəmiyyətini vurğulayıblar. O da qeyd olunub ki, bayram çərçivəsində keçirilən müsabiqələr kitab nəşrinin keyfiyyətinə, müəlliflərin məsuliyyətinin artırılmasında da mühüm rol oynayır.
Tədbirdə vurğulanıb ki, VIII Bakı Kitab Bayramı – Milli Kulturoloji Mükafat Komissiyası müsabiqəyə təqdim olunmuş 300-dən artıq ədəbi-mədəni və kitab-nəşr layihələri arasından 33 nominasiya üzrə qalibləri müəyyən edib.
AzərTAc-ın əməkdaşı Zərəngiz Dəmirçi Qayalı “2007-ci ilin qadın şairi”, Flora Xəlilzadə “2007-ci ilin publisistik-sənədli kitabı”, yazıçı-tərcüməçi Kamran Nəzirli “2007-ci ilin bədii nəsr kitabı”, yazıçı-publisist Aqil Abbas “2007-ci ilin bədii romanı” nominasiyaları üzrə qalib hesab ediliblər.
Tədbirdə müxtəlif nəşriyyatlar çap nümunələrini təqdim edib, yeni kitabların sərgisi açılıb, müəlliflərlə naşirlərin, yazıçılarla oxucuların dialoqu təşkil olunub. /ANS PRESS/


© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


E-mənbə: http://www.az-muallimi.com/ardi6.html

Səkkizinci Bakı Kitab Bayramı

 Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, eləcə də Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi İQƏAİM-in təşkilat-texniki yardımı ilə bu ilin mart-iyun ayını əhatə edən VIII Bakı Kitab Bayramı - milli kulturoloji layihə həyata keçirilir.

  Layihə çərçivəsində sərgi, ilin mədəniyyət, ədəbiyyat və kitab hadisələrini əhatə edən Milli Kulturoloji müsabiqə, görüşlər, müzakirələr və başqa tədbirlər təşkil olunur.

VIII Bakı Kitab Bayramı - Milli Kulturoloji Mükafat Komissiyası üzvlərinin son toplantısında müsabiqəyə təqdim olunmuş çoxsaylı (300-dən artıq) ədəbi-mədəni və kitab nəşr layihələrinin sırasında 33 iş uğurlu sayılmış, qaliblərin mükafatlandırılması qərara alınmışdır.

Mayın 26-da M.F.Axundov adına Milli Kitabxanada VIII Bakı Kitab Bayramı, Milli Kulturoloji layihənin əsas mərasimi - sərgi, ədəbi-mədəni ictimaiyyətin görüşü və mükafatlandırma yığıncağı keçirilmişdir. Builki mərasim Azərbaycan Xalq Cümhuriyyətinin 90, həmçinin xalq yazıçısı Mir Cəlalın (Paşayev) 100 illik yubileyinə həsr olunub.

Ədəbi-mədəni ictimaiyyətin - yazıçıların, naşirlərin, oxucuların iştirakçısı olduğu sərgi və mükafatlandırma mərasimində Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov), M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin, Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri, eləcə də Misir Mədəniyyət Mərkəzinin məsul əməkdaşı, "Azərbaycan İnterneşnl" dərgisinin baş redaktoru Betti Bleyer və başqaları çıxış edərək təşkilatçıları təbrik etdilər. Daha sonra 2007-ci ilin ayrı-ayrı nominasiyaları arasında dəyərli mədəniyyət, ədəbiyyat, kitab-nəşr müəlliflərinin - Milli Kulturoloji mükafat sahiblərinin adları açıqlandı, fərqlənənlərə VIII Bakı Kitab Bayramının diplom və hədiyyələri verildi.

"Təhsil" nəşriyyatının "Heydər Əliyev məktəblilərin gözü ilə" (II kitab) toplusu ümummilli liderimizin həyat və dövlətçilik fəaliyyətinə həsr olunmuş respublika inşa müsabiqəsinin materiallarının yüksək poliqrafik səviyyədə nəşrinə və bununla da azərbaycançılıq ideologiyasını zənginləşdirdiyinə görə "2007-ci ilin təhsil-maarif kitabı" nominasiyasının qalibi mükafatına layiq görülmüşdür.

Nizami MİRZƏ


E-mənbə: http://www.anl.az/next.html#30may

Kitab Bayramı

 26 may 2008-ci ildə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə  Yeni Yazarlar və Sənətçilər Qurumunun VIII Bakı Kitab Bayramı keçirilmişdir. Builki VIII Bakı Kitab Bayramı Azərbaycan Xalq Cümhuriyyətinin 90, eləcə də xalq yazıçısı Mir Cəlalın (Paşayevin)  100 illiyinə həsr olunub.
Ədəbi-mədəni içtimaiyyətin – yazarların, naşirlərin, oxucuların iştirakçısı olduğu sərgi və mükafatlandırma mərasimində Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov), M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov, Azərbaycan Respublikası Gənclər və İdman, Mədəniyyət və Turizm Nazirliklərinin, Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri, eləcə də Misir Mədəniyyət Mərkəzinin məsul əməkdaşı, “Azərbaycan İnterneşl” dərgisinin baş redaktoru Betti xanım Bleyer və başqaları çıxış edərək təşkilatçıları təbrik  etdilər. Daha sonra 2007-ci ilin ayrı-ayrı  nominasiyaları arasında dəyərli mədəniyyət, ədəbiyyat, kitab-nəşr məhsulları sahiblərinə Milli Kulturoloji Mükafat qaliblərinin adı açıqlandı, fərqlənənlərə VIII Bakı Kitab Bayramının diplom və hədiyyələri verildi. M.F.Axundov adına Milli Kitabxana “2007-ci ilin kitabxanası” nominasiyasına layiq gorüldü. 32 nominasiya üzrə mükafat təqdim edildi:


E-mənbə: www.apa.az  

VIII Bakı Kitab Bayramı keçirilib

Bu gün Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında VIII Bakı Kitab Bayramı keçirilib. Məlumata görə, tədbir Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Yeni Yazarlar və Sənətçilər Qurumunun birgə layihəsi əsasında təşkil olunub. Azərbaycan Xalq Cümhuriyyətinin 90 və xalq yazıçısı Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunan tədbirdə ötən il çap olunan kitabların sərgisi təşkil olunub. Kitab Bayramının Milli Kulturoloji Mükafatına təqdim edilən 300 nəşrdən 33-ü müxtəlif nominasiyalar üzrə qalib elan edilib. Azərbaycan prezidenti İlham Əliyev “2007-ci iln ədəbiyyat dostu”, “Təhsil” nəşriyyatının direktoru Bəhruz Axundov “2007-ci ili dəyərli nəşriyyatı”, xalq şairi Sabir Rüstəmxanlının “Ölüm zirvəsi” romanı “2007-ci ilin tarixi romanı”, Nicat Qafuroğlu “2007-ci ilin yeni nəsil şairi” elan olunublar.


Bookmark and Share
elaqelendirici     May 31, 2008 20:13
Şərhlər(0)    51 oxunma
Ictimai hesabat, Uğurlarımız    

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

elaqelendirici
  • İndi blogda: 29
  • Keçən ayın hiti: 1146
  • Dünənki hit: 30
  • Bugünki hit: 80
  • Ümumi hit: 12860

AddThis Feed Button
Add to Technorati Favorites


  © Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com