VIII Baki Kitab Bayramı - İllik Milli Kulturoloji Layihəsi çərçivəsində aşağıdakı istiqamətlərdə işlərin görüləcək:
- "İlin Kitabı" Kulturoloji Müsabiqənin təşkil etmək;
- nəşriyyatların və müəlliflərin birbaşa iştirakıyla yeni kitabların sərgini keçirilmək;
- Ötən ilin dəyərli kitablarını və mədəniyyət hadisələrini fərqləndirib mükafatlandırmaq;
- "Nizami" Qlobal Kulturoloji Mükafat laureatlarının müəyyənləşdirmək;
- Ümummilli Liderimiz Heydər Əliyevin ölməz həyat yolunau əks etdirən kitabların sərgisi və tədbir keçirmək;
- Xalq yazıçısı Mir Cəlalın əsərlərindən ibarət kitab sərgisi və tədbir keşirmək;
- müəlliflərlə naşirlərin, yazarlarla oxucuların birbaşa ünsiyyətini, görüşünə şərait yaratmaq;
- Gənc yazarların kitablarının sərgisinin nümayiş etdirmək;
- Yeni nəsil istedadlı cavanların yaradıcılığının təbliği, cəmiyyətə tanıdılmasına səy göstərmək;
- Yazıçıların yeni əsərlərinin ictimai təbliğatı, təqdimatı və müzakirəsinin təşkil etmək;
- cavan alimlərin elmi əsərlərinin sərgisini keçirmək;
- Azərbaycan Milli Ordusunun əsgər, çavuş və zabit heyətinin üzvləri üçün mini kitabxana hazırlayaraq hərbi hissələrinə göndərmək;
- "Ümid Yeri" Təşkilatının nəzdindəki kimsəsiz uşaqlar üçün sığınacaq Evinin Kitabxanasına - balaca oxuculara yeni kitablar ərməğan etmək;
- Yeni - virtual mütaliə mədəniyyətinin formalaşmasından ötrü neomaarifçilik PR aksiyasının ictimailəşdirilməsinə çalışmaq;
- Milli mədəniyyət və çağdaş ədəbiyyat - Azərbaycan kitabının inkişafını stimullaşdırmaq;
- Ədəbiyyatımızın zənginləşdirilməsinə, şəbəkə - İnternet ədəbiyyatının genişlənməsinə yardımçı olmaq;
- Bu ilin payızında Rusiya Federasiyasında keçirilən Beynəlxalq Moskva Kitab Sərgi-Yarmarkası çərçivəsində VI Beynəlxalq Kitab Sənəti Yarışması, eləcə də başqa xarici müsabiqələrə göndərilməsi üçün milli kitabların seçilməsi, AR Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilməsi...
- bölgələrdə yeni kitabların sərgisi üçün nəşr məhsullarından ibarət eksponatların hazırlanması və b.
Vurğulamaq yerinə düşər ki, VIII Baki Kitab Bayramı - İllik Milli Kulturoloji Layihəsinin gerşəkləşməsində bizə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, AR Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi İctimai Qurumlarla Əlaqə və Analitik-İnformasiya Mərkəzi, M.F.Axundov adına Milli Kitabxana, nəşriyyatlar, yazılı və elektron KİV və b. qurumlar texniki-təşkilatı yardım edirlər.
Əziz kitabsevər dostlar, onu da vurğulayaq ki, builki yubiley tədbirlərimizdə də müxtəlif nominasiyalarda (İlin şeir, nəsr, elmi, tərcümə, publisistik, siyasi, dərslik və b.kitabı, İlin nəşriyyatı, TV-si, qəzeti, radio və İnternet saytı, İlin gənc şairi, nasiri, tənqidçisi, publisisti, tərcüməçisi, qadın yazarı, İlin Ədəbiyyat dostu, mədəniyyət xeyriyyəçisi və b.) VIII Baki Kitab Bayramı - İllik Milli Kulturoloji Layihəsinin ödülü - "Nizami" Qlobal Kulturoloji Mukafatı dəyərli əsərlərə, şəxslərə, müəlliflərə, yaradıcı gənclərə, insanlara və qurumlara təqdim olunacaq.
VIII Baki Kitab Bayramı - İllik Milli Kulturoloji Layihəsinin ödülünün Milli Kulturoloji Mukafatının Müsabiqə Komissiyasının Münsiflər Heyəti tanınmış mədəniyyət, ədəbiyyat mütəxəssisləri, eləcə də kitab-nəşr sahəsinin peşəkarlarından təşkil olunub.
2008-ci il mayın 26-da M.F.Axundov adına Milli Kitabxanda VIII Baki Kitab Bayramı - İllik Milli Kulturoloji Layihəsinin əsas sərgi mərasimi keçiriləcək. İştirak etmək fikrində olan nəşriyyat, mətbə və poliqrafiya müəssisələri, ayrı-ayrı müəlliflər, və yaradıcı QHT-lər mayın 24-nə qədər Təşkilt Komitəsinə yazılı müraciət etməlidirlər.
Diqqət: VIII Baki Kitab Bayramı - İllik Milli Kulturoloji Layihəsinin ödülünə - Milli Kulturoloji Mukafata iddialı şəxslər martın 1-dən əvvəllərindən may ayının 19-a qədər Müsabiqə Komissiyasının Münsiflər Heyətinə yazılı müraciət (kitab və çap məhsulları ilə birlikdə) edə bilərlər.
Əlaqə telş: (+99412) 418 93 58, 438 03 17, mobil - (050) 213 40 43; (070) 317 80 01
Baş əlaqələndirici: Aydın Xan (Əbilov), əlaqələndiricilər: Hidayət Nihad, Günay Şıxəlili.
Geniş məlumatları buradan ala bilərsiniz: www.yysq.azeriblog.com, www.artyazar.azeriblog.com. Bu saytlara rəy və təkliflərinizi, virtual müraciətlərinizi yaza bilərsiniz. Elektron ünvanımız artyazar@yahoo.com, aydinkhan@box.az
VIII Baki Kitab Bayramı - İllik Milli Kulturoloji Layihəsinin həyata keçirilməsindən ötrü YYSQ-yə maddi-texniki yardım göstərmək istəyən şəxs və qurumlara təşkilatımızın rekvizitlərini təqdim edirik.
Yeni Yazarlar və Sənətçilər Qurumunun "Texnikabank" ASC-dəki hesab nömrəsi:
38030066470001
VÖEN: 1700430481
"Texnikabank" ASC: 506872 VÖEN: 9900000681
Müxbir Hesab: 0137010031031 SWİFT: ТЕCIАZ22