Reklam verin!
     
 

Yeni Yazarlar Qurumu

Ulu Öndər Heydər Əliyev Gənclərin qəlbindədir...

Mayın 1-də “Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumu ilə birgə Çağdaş Azərbaycan dövlətinin memarı, Ümummilli Lider, Azərbaycan xalqının bəşəriyyət tarixinə bəxş etdiyi Böyük Şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 85 illik yubileyi münasibətiylə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirdi.

Eliyev tedbiri

Tədbir iştirakçıları əvvəlcə Beynəlxalq Mətbuat Mərkəzinin böyük zalında keçirilən konfransın, eləcə də  Ulu Öndərin şərəfli ömür yoluna, tarixi missiyasına, dövlətçilik və ictimai-siyasi fəaliyyətinə həsr olunmuş kitabların sərgisinə tamaşa etdilər.

Məclisdə siyasətçilər, ictimai xadimlər, Milli Məclisin deputatları, gənclər təşkilatlarının liderləri, həmçinin QHT rəhbərləri, yazılı və elektron KİV nümayəndələri, tələbə-gənclər fəal iştirak edirdilər.

Tədbiri “Azərbaycan tarixinin Ulu Öndər Heydər Əliyev mərhələsi” mövzusunda çıxışıyla “Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birliyinin sədri, politoloq Etibar Əsədov açdı.
Daha sonra millət vəkillərindən Aydın Mirzəzadə, Həvva Məmmədova, AR Ailə, Uşaq və Qadın dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Azərbaycan Gənc Vətənpərvərlər Birliyinin sədri Muğam Qaramanlı və başqaları çıxış edərək tariximizdə öz varlığı ilə böyük səhifələr açmış Heydər Əliyevin xidmətlərindən danışdılar.
“Çağdaş Azərbaycan mədəniyyətinin formalaşmasında Heydər Əliyevin əvəzsiz rolu” - Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq Aydın Xanın  (Əbilov) çıxışı bu mövzunu əhatə edirdi.

“Ulu öndər Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda politoloqlar, QHT rəhbərləri, gənclər təşkilatları liderləri, tədbir iştirakçıları – gənclər, tələbələr, jurnalistlər və başqaları da öz düşüncələrini məclisdəkilərlə bölüçdülər.

Polemik diskussiya formatlı tədbirdə ictimaiyyəti, QHT nümayəndələrini, jurnalistləri, eləcə də tələbə gəncləri maraqlandıran suallara aydınlıq gətirildi və bildirildi ki,  Ümummilli Lider Heydər Əliyev dühasının şah əsəri sayılan Azərbaycan Respublikasında dahi şəxsiyyətin özündən sonra xalqımıza, xüsusən də gənclərimizə miras qoyduğu siyasi-fəlsəfi dövlətçilik məktəbinin layiqli davamçısı, cənab Prezident İlham Əliyevin uğurla yürütdüyü daxili və xarici siyasət, apardığı demokratik islahatlar öz bəhrəsini verir, qarşıdan gələn prezident seçkilərində də bu siyasətin xalqımız tərəfindən dəstəklənəcəyi xüsusi vurğulandı...


Yeni Yazarlar və Sənətçilər Qurumunun
Analitik-informasiya bölməsi


Bookmark and Share
elaqelendirici     May 4, 2008 23:27
Şərhlər(0)    71 oxunma
Tədbirlərimiz    

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

elaqelendirici
  • İndi blogda: 37
  • Keçən ayın hiti: 1146
  • Dünənki hit: 30
  • Bugünki hit: 88
  • Ümumi hit: 12868

AddThis Feed Button
Add to Technorati Favorites


  © Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com