Reklam verin!
     
 

Yeni Yazarlar Qurumu

"Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbirə dəvət

ULU ONDER

B İ L D İ R İ Ş

1 may 2008-ci il tarixində “Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumu ilə birgə Çağdaş Azərbaycan dövlətinin memarı, Ümummilli Lider, Azərbaycan xalqının bəşəriyyət tarixinə bəxş etdiyi Böyük Şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 85 illik yubileyi münasibətiylə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirir.

Saat 11 00-da Beynəlxalq Mətbuat Mərkəzinin böyük zalında keçiriləcək konfransın, eləcə də  Ulu Öndərin şərəfli ömür yoluna, tarixi missiyasına, dövlətçilik və ictimai-siyasi fəaliyyətinə həsr olunmuş kitabların sərginin iştirakçıları siyasətçilər, ictimai xadimlər, Milli Məclisin deputatları, gənclər təşkilatlarının liderləri, həmçinin QHT rəhbərləri, yazılı və elektron KİV nümayəndələri, tələbə-gənclərdir.

Tədbirdəki cıxışlar:

1) Açılış və giriş söz:   “Azərbaycan tarixinin Ulu Öndər Heydər Əliyev mərhələsi” - “Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birliyinin sədri, politoloq Etibar Əsədov.

2) “Çağdaş Azərbaycan mədəniyyətinin formalaşmasında Heydər Əliyevin əvəzsiz rolu” - Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov).

“Ulu öndər Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda digər çıxışlar:
millət vəkilləri, politoloqlar, QHT rəhbərləri, gənclər təşkilatları liderləri, tədbir iştirakçıları – gənclər, tələbələr, jurnalistlər və başqaları.

Polemik diskussiya formatlı tədbirdə ictimaiyyəti, QHT nümayəndələrini, jurnalistləri, eləcə də tələbə gəncləri maraqlandıran suallara aydınlıq gətirilir, Ümummilli Lider Heydər Əliyev dühasının şah əsəri sayılan Azərbaycan Respublikasında dahi şəxsiyyətin özündən sonra xalqımıza, xüsusən də gənclərimizə miras qoyduğu siyasi-fəlsəfi dövlətçilik məktəbinin layiqli davamçısı, cənab Prezident İlham Əliyevin uğurla yürütdüyü daxili və xarici siyasət, apardığı demokratik islahatlar müzakirəyə çıxarılacaq, bu siyasətin xalqımız tərəfindən dəstəkləndiyi bir daha göstəriləcək.

Maraqlananlar tədbirdə iştirak edə bilərlər


Yeni Yazarlar və Sənətçilər Qurumunun

Analitik-informasiya bölməsi


Bookmark and Share
elaqelendirici     Aprel 23, 2008 21:05
Şərhlər(0)    75 oxunma
Tərəfdaşlar, Tədbirlərimiz    

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

elaqelendirici
  • İndi blogda: 18
  • Keçən ayın hiti: 1146
  • Dünənki hit: 30
  • Bugünki hit: 69
  • Ümumi hit: 12849

AddThis Feed Button
Add to Technorati Favorites


  © Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com