Reklam verin!
     
 

Yeni Yazarlar Qurumu

E L A N: Gənclər təşkilatlarının nəzərinə!

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 avqust 2005-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Gəncliyi Dövlət Proqramı» (2005-2009-cu illər)nın 6-cı fəslinin 6.11 bəndinin icrasını təmin etmək məqsədilə Gənclər və İdman Nazirliyi 6 iyun 2008-ci il tarixdə Bakı şəhərində “Gənclər təşkilatlarının ikinci Respublika Sərgisi”ni keçirəcəkdir.

Məqsəd:

Gənclər təşkilatlarının fəaliyyətinin təbliğ olunması və gənclərin ictimai fəaliyyətə cəlb olunmalarını stimullaşdırmaqdır.

Sərginin formatı və təşkilatların iştirakına dəstək:

Sərgidə hər bir təşkilat ücün 8 kv.m sahə ayrılcaq və ayrılmış sahədə stendlər quraşdırılacaqdır.  Sərgidə iştirak edəcək gənclər təşkilatları onlar ücün ayrılmış sahədə fəaliyyətləri ilə bağlı filimlər, bukletlər, nəşr etdirdikləri kitablar, çap məhsulları, uğurlu layihələrin təqdimatlarını edə biləcək və ictimai fəaliyyətlə məşğul olmaq istəyən gənclərlə birbaşa ünsiyyətdə olacaqlar.
Stendlərin icarəsi və quraşdırılması Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçiriləcəkdir.

Sərgidə iştirak etmək ücün müraciət qaydası:

Sərgidə iştirak etmək istəyən gənclər təşkilatları qeydiyyat formasını doldurub  15 may 2008-ci il  tarixədək aşağıdakı ünvana təqdim etməlidirlər. Qeydiyyat formasını e-qruplardan (mys-network@yahoogroups.comyouth_ngos@yahoogroups.com) və ya aşağıdakı ünvana müraciət etməklə əldə etmək olar.

Gənclər və İdman Nazirliyinin
Gənclər təşkilatları ilə iş sektoru

Bakı şəhəri, Olimpiya küçəsi, 4, AZ-1072
(«Gənclik» metrosunun yanı)

Tel.: (+99412) 465 – 84 – 19
Faks: (+99412) 465 – 64 – 38
Mobil: (+99455) 664 – 76 – 37
         
E-mail:
sergimys@yahoo.com
           bfuad@mys.gov.az
 
Əlaqələndirici şəxslər:
Fuad Babayev
İndira Hacıyeva
  Anar Tağıyev
Nisə Babayeva

6 iyun 2008-ci il tarixdə keçiriləcək Gənclər təşkilatlarının ikinci Respublika Sərgisi”ndə iştirak edəcək gənclər təşkilatının (ictimai birliyin və ya fondun) 

QEYDİYYAT   FORMASI 

1. Təşkilatın tam adı 

2. Təşkilatın rəhbərinin adı 

3. Təşkilatın ünvanı:

Tel:  Mobil:  Fax:  Web sayt:  E-mail:
 

4. Sərgidə təşkilatınızı daha da yaxşı təqdim etmək üçün hansı əyani vasitələr və təqdimat formalarından istifadə etməyi planlaşdırısınız (bukletlər, təqdimatlar, çap məhsulları, kitablar, gənclərlə birbaşa ünsiyyət və s.)

   
 

5. Sərgiyə verə biləcəyiniz tövhə

    

  

Qeydiyyatın son tarixi:   15 may 2008-ci il Qeydiyyat forması doldurulduqdan sonra internet və ya faks vasitəsi ilə Nazirliyin Gənclər təşkilatları ilə iş sektoruna göndərilməlidir.

 


Bookmark and Share

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

elaqelendirici
  • İndi blogda: 13
  • Keçən ayın hiti: 1146
  • Dünənki hit: 30
  • Bugünki hit: 64
  • Ümumi hit: 12844

AddThis Feed Button
Add to Technorati Favorites


  © Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com