Reklam verin!

ELAN: İxtisaslaşmış QHT qruplarının yığıncaqları tarixləri

Yazar: elaqelendirici @ Mart 6, 2008 22:37

ELAN

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlüyünə namizədlərin seçilməsi məqsədilə ixtisaslaşmış QHT qruplarının yığıncaqları aşağıdakı tarixlərdə keçiriləcəkdir:

1. İnsan hüquqları və demokratiya 11 mart 2008-ci il
2. Ailə, qadın və uşaq məsələləri 12 mart 2008-ci il
3. Qaçqın, köçkün, əlil və veteranların məsələləri 13 mart 2008-ci il
4. İqtisadi və sosial məsələlər 14 mart 2008-ci il
5. Təhsil, elm və mədəniyyət 15 mart 2008-ci il
6. Gənclər və vətənpərvərlik 17 mart 2008-ci il
7. Səhiyyə, sağlamlıq və ekologiya 18 mart 2008-ci il



8. Narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə 19 mart 2008-ci il

Hər bir ixtisaslaşmış qrupun yığıncağında sənədlərini həmin qrupa təqdim etmiş qeyri-hökumət təşkilatlarının nümayəndələri və onlar tərəfindən irəli sürülmüş namizədlər iştirak edə bilərlər. Nümayəndələrin və namizədlərin siyahısı AzərTAc-ın saytında (www.azertag.com) yerləşdirilmişdir.
Yığıncaqlar Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclas zalında saat 10.00-da başlanacaqdır (Ünvan: İstiqlaliyyət küçəsi, 10).
Nümayəndələrin qeydiyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılacaqdır.

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı




Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha