Reklam verin!
     
 

Yeni Yazarlar Qurumu

YYSQ Gənclər "Pen-klubu"nun növbəti tədbiri: yazarlarımızın Avropa maraqları

Yeni Yazarlar və Sənətçilər Qurumunun nəzdində fəaliyyət göstərən Gənclər "Pen-klubu"nun növbəti tədbiri Azərbaycan Demokratik İslahatçılar Partiyasının qərərgahında baş tutdu. ADİP-nin sədri, AR Milli Məclisin üzvü, Azərbaycanda və beynəlxalq aləmdə liberal-demokratik siyasi fikrin avanqardı, Avropa dəyərlərinin Şərq ölkələrində çağdaş carçılarından sayılan, yeni nəsil intellektual siyasətçilərin arasında peşəkarlığıyla seçilən Asim Mollazadə ilə gənc yazarların, düşüncə adamlarının görüşünü ölkəmizin kulturoloji-ictimai fikrinin iki yanaşı qanadının qovuşması da hesab etmək olardı...

Asim Mollazadə -

Milli Məclisin deputatı, Beynəlxalq əlaqələr üzrə parlament komissiyasının üzvü, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü. AŞ PA-nın Yaxın Şərq altkomitəsinin sədri, monitorinq və siyasi komitələrinin üzvü. AŞ PA-nın Belorusiya üzrə məruzəçisi. 2005-ci ilin 4 iyulunda Demokratik İslahatlar Partiyasının təsis qurultayında partiyanın sədri seçilib.
 

Asim Mollazadeyle gorush

Asim Mollazade ile yazarlar


Biz yazarlar siyasətçilərdən həmişə yan qaçmağa çalışsaq da, həmişə onun içində qaynamağa məhkümüq: bu bəlli, amma sözügedən görüşün formatı və aparılan danışıqlar, gedən polemikalar, səslənən təkliflər, gənc nəsil yazarlarla yaxından tanışlıq, Azərbaycan siyasi-ictimai düşüncəsi ilə yaradıcı fikir arasındakı məsafənin ölçülməsi, ədəbiyyatın və mədəniyyətin cəmiyyətin demokratik düzümünə təsirləri,  milli kitabın bıhranı, ədəbi-bədii sözün səviyyəsi kimi ciddi mövzular intellektualların məclisini qızışdırdı, ona xüsusi məna verdi.

Tədbir Yeni Yazarlar və Sənətçilər Qurumunun "Milli kitaba sevgi və yeni - virtual oxu mədəniyyəti İli" layihəsi çərçivəsində düzənlənən kulturoloji məclislər silsiləsinin ilki idi. YYSQ Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələriylə yaradıcı cavanların birbaşa ünsiyyətini təşkil etməklə, ölkədə gedən mürəkkəb ictimai-siyasi proseslərdən kənar qalmamağı, tariximizin yeni cizgilərini müəyyənləşdirilməsində öz xidmətlərini göstərməkdən ötrü ayda iki dəfə bu tipli görüşlərin keçirməyi qərara alıb. Ölkədəki partiya rəhbərləri, ictimai-siyasi, ədəbi-mədəni qurumların fəalları ilə görüşlər silsilə xarakterli olacaq.

Məclisi ev sahibi qismində cənab Asim Mollazadə açdı, qonaqları salamladı, rəhbərlik etdiyi siyasi təsisat barədə geniş məlumat verdi, aşılamaq istədikləri dəyərlər və siyasi etika barədə danışdı.

YYSQ sədri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov) da öz növbəsində görüşün əsas mahiyyəti barədə danışdı, məclisdəkiləri millət vəkilinə yaxından tanış etdi.
Sonra YYSQ Məclis sədri, "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru Səlim Babullaoğlu, şair Şərif Ağayar, yazar Sabutay, Ramin Deki, "Sinema" kino araşdırmaları Mərkəzinin sədri Feyruz Şamıyev, tərcüməçi-şair Sadiq Elyer və başqaları çıxış edərək onları düşündürən məsələlər barədə danışdılar, rəy və təkliflərini söylədilər.

Aydın Xan YYSQ tərəfindən gerçəkləşdirilən layihə və proqramlar barədə məlumat verərək "Virtual Azərbaycan" Milli-Kulturoloji Layihənin bir hissəsi olan Virtual Hiper Elektron Kitabxana, İnternetdə sadələşdirilmiş e-Axtarış sistemi - www.xariciedebiyyat.azeriblog.com portalı məsələsi üstündə geniş dayandı, ADİP tərəfindən bu genişistiqamətli fəaliyyət növünə dəstək verməyə səslədi.


Təkliflərə münasibət bildirən AİP sədri cənab Asim Mollazadə yekün çıxışında imkan daxilində Azərbaycan mədəniyyətinin və ədəbiyyatının inkişafına yardımçı ola biləcək layihələrə dəstək olacaqlarını bildirdi.

Məclisdə ADİP Gənclər Şurasının sədri Ramin Hacılı da iştirak edirdi.

YYSQ Analitik İnformasiya Mərkəzi


Bookmark and Share
elaqelendirici     Fevral 8, 2008 21:39
Şərhlər(0)    97 oxunma
Proqramlar, Tərəfdaşlar, Tədbirlərimiz, Ictimai hesabat    

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

elaqelendirici
  • İndi blogda: 5
  • Keçən ayın hiti: 1146
  • Dünənki hit: 30
  • Bugünki hit: 56
  • Ümumi hit: 12836

AddThis Feed Button
Add to Technorati Favorites


  © Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com