Reklam verin!
     
 

Yeni Yazarlar Qurumu

AZAY QULİYEV QHT-lərə DÖVLƏT DƏSTƏYİ ŞURASINA SEÇKİLƏR BARƏDƏ

AZAY QULİYEV QHT-lərə DÖVLƏT DƏSTƏYİ ŞURASINA SEÇKİLƏR ZAMANI MÜXALİFYÖNLÜLƏRƏ PROBLEM YARADILACAĞINA İNANMIR

Bu gün Dövlət İdarəetmə Akademiyasında qeyri-hökumət təşkilatlarının ümumrespublika toplantısı keçirililib.

Milli QHT Forumunun prezidenti, millət vəkili Azay Quliyevin «Media forum» saytına bildirdiyinə görə, toplantıda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə namizədlərlə bağlı tələblər, qaydalar, qeydiyyat məsələsi, bu və ya digər təşkilatın hansı sektorda qeydiyyatının mümkünlüyü, bütövlükdə gələcək seçkilərin keçirilməsi ilə bağlı prosedur məsələləri müzakirə olunub: «Bilirsiniz ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının formalaşması prosesində hər QHT yalnız bir sektorda qeydə alınacaq və yalnız bir namizədlə şurada təmsil olunacaq. Bununla bağlı toplantıda ətraflı məlumat verildi».

Azay Quliyev

A.Quliyevin sözlərinə görə, QHT təmisilçiləri tədbirdə bir neçə məsələ qaldırıblar: «Onlardan biri qeydiyyatı olmayan QHT-lərin prosesdə iştirak edib-etməyəcəyi ilə bağlı idi. Bu məsələ əsasnamədə və digər sənədlərdə qeyd olunmasa da, qeydiyyata düşmək üçün lazım olan həm anket, həm də ərizə formasının bir tələbi var ki, həmin sənədlər mütləq təsdiqlənməli, yəni imzalanmalı və möhürlənməlidir. Möhür isə yalnız dövlət qeydiyyatından keçən QHT-lərdə olur. Düşünürəm ki, həmin təşkilatların niyə qeydiyyatının olmamasının səbəbi araşdırılmalıdır. Əgər QHT yeni yaranıbsa və qeydiyyat üçün ən azı bir ay vaxt lazımdırsa, bu obyektiv səbəbdir. Subyektiv səbəbdən ortaya çıxan problemin isə araşdırılmasına ehtiyac var».

Milli QHT Forumunun prezidenti müxalifətə yaxınlığı ilə tanınan QHT-lərin şuranın formalaşdırılması prosesində iştirakına hər hansı problem yaradılacağına inanmır: «Bugünki toplantıda çıxış edənlərin əksəriyyəti məhz onlar idi. Mən onlara problem yaradılacağına inanmıram. Məncə, bütün bu söz-söhbətlərə və narazılıqlara əsas verməmək üçün bir neçə ciddi məsələni həll etmək lazımdır. Birincisi, QHT-lərin sektorlar üzrə bölgüsünü çox ciddi nəzarətlə həyata keçirmək lazımdır. Yəni belə narazılığın yaranmaması üçün bütün QHT-lər qeydiyyata alınmalıdır. Bu proses ayın 10-da başa çatır. İkincisi, seçkilər çox şəffaf keçirilməlidir. Əgər seçki ədalətli keçirilərsə, onda gözlənilən problemlərlə də üzləşməyəcəyik».

Müzakirələr zamanı 11 şura üzvündən 8-nin QHT-lərin irəli sürdüyü namizədlərdən seçilməsi qaydası da narazılıqlar yaradıb: «Çıxış edənlər dedilər ki, QHT-lər arasında 50-dən çox kifayət qədər tanınan, təcrübəsi olan, hətta ictimai xadim statusu alan şəxslər var. Amma onların da arasından yalnız 8-i seçiləcək. Hətta belə bir təklif irəli sürüldü ki, bəlkə sektorlar özləri konsensus əsasında ən layiqli şəxsləri namizəd kimi müəyyənləşdirib prezident İlham Əliyevə təqdim etsinlər. İstənilən halda QHT-lərin üzərinə böyük məsuliyyət düşür və bu məsuliyyət şuranın gələcək taleyini və uğurlarını həll edəcək».

QHT-lərə Dövlət Dəstəyi Şurasına namizədlərin müəyyənləşdirilməsi müddəti fevralın 10-da başa çatır. Fevralın 10-dan sonra hər sektorla bağlı seçkilər keçiriləcək. Bu zaman 8 sektor üzrə hər birinə 3 nəfər olmaqla 24 nəfər şura üzvlüyünə namizəd seçiləcək. Sonra prezident İlham Əliyev hər sektordan bir nəfər olmaqla 8 nəfəri şuraya üzv təyin edəcək. Qalan 3 nəfər üzv isə dövlət nümayəndələri olacaq.

Prezident İlham Əliyev 2007-ci il dekabrın 13-də «Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında» fərman imzalayıb. Fərmana görə, prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılır və onun əsasnaməsi təsdiq olunur.

Əsasnaməyə görə, şura 11 üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. Şuranın üzvlərini Azərbaycan Respublikasının prezidenti təyin edir. Şuranın 8 üzvü qeyri-hökumət təşkilatlarının təklif etdiyi nümayəndələrdən, digər 3 üzvü isə dövlət orqanlarının nümayəndələrindən təyin edilir.

Bu sahələrdə ixtisaslaşan qeyri-hökumət təşkilatlarının qruplarının hər biri şura üzvlüyünə 3 namizəd irəli sürə bilər: insan hüquqları və demokratiya; ailə, qadın və uşaq məsələləri; qaçqın, köçkün, əlil və veteranların məsələləri; iqtisadi və sosial məsələlər; təhsil, elm, mədəniyyət; gənclər və vətənpərvərlik tərbiyəsi; səhiyyə, sağlamlıq və ekologiya; narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə.

«Media forum»


Mövzu ilə əlaqədar bax:

PREZİDENT APARATI RƏSMİSİNİN SÖZLƏRİNƏ GÖRƏ, QHT-lərlə BAĞLI DÖVLƏT KONSEPSİYASI İSTİQAMƏTİNDƏ XEYLİ TƏKLİF VERİLİB

DÖVLƏT KOMİTƏSİ, DÖVLƏT KOMİSSİYASI, yoxsa İCTİMAİ PALATA? QHT-ləri KURASİYA EDƏCƏK HÖKUMƏT QURUMUNUN YARADILMASI CİDDİLƏŞİR

QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARIYLA BAĞLI HÖKUMƏT QURUMU YARATMAQ İDEYASI NECƏ QARŞILANIR? (QHT nümayəndələrinin rəyi)

QHT-lərlə BAĞLI DÖVLƏT KONSEPSİYASI HƏLƏ HAZIR DEYİL. TƏKLİFLƏRİN HAZIRLANMASI ÜÇÜN ƏLAVƏ VAXT VERİLİB

SABAH QHT-lərlə BAĞLI DÖVLƏT KONSEPSİYASI BİR DAHA MÜZAKİRƏ OLUNACAQ

QHT-lərlə BAĞLI DÖVLƏT KONSEPSİYASININ MÜZAKİRƏSİ İKİ SAATDAN ÇOX ÇƏKİB

QHT-lərin MƏSƏLƏLƏRİ ÜZRƏ QURUM və YARDIM FONDU NECƏ YARADILSIN? (QHT rəhbərlərinin mövqeləri)

QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARININ MƏSƏLƏLƏRİ ÜZRƏ QURUMLA BAĞLI YENİ TƏKLİF VAR

AZAY QULİYEV QHT ŞURASININ SƏDRİNİ PREZİDENTİN TƏYİN ETMƏSİNİN TƏRƏFDARIDIR

QHT-lərə DÖVLƏT DƏSTƏYİ İLƏ BAĞLI SON MÜZAKİRƏLƏR KEÇİRİLƏCƏK

ƏNNAĞI HACIBƏYLİ: «TƏKLİF İRƏLİ SÜRÜLDÜ Kİ, QHT-lər SİYASİLƏŞMƏDİKLƏRİ HAQDA ARAYIŞ TƏQDİM ETMƏLİDİRLƏR»

QHT ŞURASI ÜZVLƏRİNİ PREZİDENT YANINDA SEÇKİ KOMİSSİYASI MÜƏYYƏNLƏŞDİRƏ BİLƏR

QHT MƏSƏLƏLƏRİ ÜZRƏ TƏKLİFLƏR PAKETİ APARATA ÇATSA DA, HƏLƏ PREZİDENTƏ TƏQDİM OLUNMAYIB

AZAY QULİYEV DÖVLƏTİN MALİYYƏLƏŞDİRƏCƏYİ QHT-lərin DAHA GÜCLÜ İNKİŞAF EDƏCƏYİNƏ ƏMİNDİR


İLHAM ƏLİYEV QHT-lərə DÖVLƏT DƏSTƏYİ ŞURASININ YARADILMASI HAQQINDA FƏRMAN VERDİ


AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ ŞURASI HAQQINDA ƏSASNAMƏ

QHT ŞURASINA NAMİZƏDLƏR NECƏ SEÇİLƏCƏK? AZAY QULİYEV PROBLEM GÖRMÜR, QUBAD İBADOĞLU PESSİMİSTDİR

PREZİDENT YANINDA QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ ŞURASINA ÜZVLƏRİN QƏBULU BAŞLANIR

QHT-lərə DÖVLƏT DƏSTƏYİ ŞURASINA NAMİZƏDLƏRİN SİYAHISI FEVRALIN 10-na QƏDƏR BİLİNMƏLİDİR

FEVRALIN 5-də QHT ŞURASI İLƏ BAĞLI ÜMUMRESPUBLİKA TOPLANTISI KEÇİRİLƏCƏK


Bookmark and Share
elaqelendirici     Fevral 6, 2008 0:15
Şərhlər(0)    125 oxunma
Tərəfdaşlar, Konfederativ üzvlük    

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

elaqelendirici
  • İndi blogda: 54
  • Keçən ayın hiti: 1146
  • Dünənki hit: 30
  • Bugünki hit: 105
  • Ümumi hit: 12885

AddThis Feed Button
Add to Technorati Favorites


  © Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com