Reklam verin!
     
 

Yeni Yazarlar Qurumu

"Nizami" - Qlobal Kulturoloji Mükafat

"Nizami" - Qlobal Kulturoloji Mükafat təsis edildi...

Nizami

Yanvarın 28-də Yeni Yazarlar və Sənətçilər Qurumu, Gənclər "Pen-klub"u, www.xariciedebiyyat.tk saytı və "Poeziya" klubunun rəsmilərinin iştirakı ilə keçirilən iclasda bu qurumların birgə təşkilatçılığıyla "Nizami" - Qlobal Kulturoloji Mükafatının təsis edilməsi barədə qərar qəbul edilib.

Mükafat özündə sənət müsabiqəsi, münsiflər heyətinin müzakirəsi, sıravi oxucuların seçim imkanları, İnternet istifadəçilərin birbaşa səsvermədə iştirakı, laureatların ictimai təqdimatı, qaliblərin kulturoloji-tənqidi PR aksiyası, təmtəraqlı təqdimat mərasimi, secilənlər haqqında xüsusi buraxılış nəşrləri, eləcə də sonda qaliblər haqqında fərdi İnternet saytının hazırlanaraq  dünya ictimaiyyətinə çatdırılması kimi kompleks formatlarını özündə birləşdirir.

Mükafat I, II, III dərəcəli diplomlar, pul və hədiyələrlə birgə, ədəbiyyat, mədəniyyət, incəsənət, şou-biznes, televiziya-radio yaradıcılığı, İnternet quruculuğu, kitab-nəşr sənəti, yeni mədəniyyət quruculuğu, dünya mədəniyyətini ölkə ərazisində, Azərbaycan mədəni imkanlarını dünyada yayılması, qlobal kulturoloji gedişatda çevrilişə səbəb olan əcnəbi kultur-olaylar və başqa sahələr üzrə verilə bilər.

Qeyd: sadalanan sahələr üzrə il boyu keçirilən müxtəlif müsabiqələrdən sonra qaliblər təltif edilir.   

Mükafata aşağıdakı prinsiplərə cavab verən şəxslər iddialı ola bilərlər:

- Əsasən milli Azərbaycan və Türk Dünyası ədəbi-mədəni prosesində fəal iştirak edərək kulturoloji dəyişikliyə səbəb olan sənət əsərlərinin müəllıflərinə;

- Milli ədəbiyyatda, mədəniyyətdə və incəsənətdə fərqli yaradıcılıq nümunələrini yaradan, ancaq ictimaiyyət tərəfdən kifayət qədər tanınmayan, kölgədə qalan yaradıcı kəslər;

- Yeni ədəbi-mədəni sənət modellərini yaradanlar;

- Qlobal estetik-kulturoloji düşüncədə dönüş nöqtəsinə çevrilmiş sənət əsərləri yaradanlar;

- Beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil edənlər;

- Çağdaş Azərbaycan mədəniyyətində və ədəbiyyatında dəyişikliklərə səbəb olmuş fərqli düşüncə texnologiyalarının müəlliflərinə;

- Azərbaycandilli milli İnternet resurslarının inkişafına xidmət edənlər

- Milli mədəniyyət quruculuğuna yardım edən dövlət və QHT nümayəndələri, xeyriyyəçilər;

- Gənc yaşında yaradıcılıq uğurlarıyla özünün istedadını və intellektual potensialını sübut etmış yeni nəsil yaradıcı cavanlar və b.

Əsas prinsip: İnternet və yeni informasiya texnoloyigaları vasitəsiylə Dünya Azərbaycanlılarına çatdırılan ədəbi-mədəni hadisələrə xüsusi diqqət ayrılacaq.

Müsabiqə barədə daha ətraflı bu yaxınlarda təşkilatçıların keçirəcəkləri xüsü tədbirdə ölkə və dünya ictimaiyyətinə açıqlanacaq.

Qalibləri müxtəlif sahələr üzrə seçiləcək ekspertlərin rəyindən sonra mütəxəsislərdən ibarət Münsiflər Heyəti üzvləri tərəfindən seçiləcək (İnternet səsverməsi nəzərə alınmaqla)

İddialı şəxslər və yaradıcı qurumlar, QHT-lər, dövlət idarələri, beynəlxalq təşkilatlat Təşkilat Komitəsinə və Münsiflər Heyətinə müraciət edə, iddialı şəxslərin dəyərləndirilməsiylə əlaqədar ictimai sifariş verməlidirlər. Buraya iddialı şəxs (qurum, müəllif) haqqında geniş məlumatlar, ərizə, əsəsrlər, layihələr, nəşrlər, proqramlar, kitablar və s. ilə birgə müraciət etməlidirlər. 

Diqqət: təşkilatçılar Martın 21-də Beynəlxalq Poeziya Günü münasibətilə "Nizami" Qlobal Kulturoloji-Ədəbi Mükafatın ədəbiyyat və mədəniyyət sahəsi üzrə ilk ədəbi-mədəni müsabiqəsini elan edir.

Əlavə suallara cavabı www.yysq.azeriblog.com saytının şərh bölümündən almaq mümkündür

"Nizami" Qlobal Kulturoloji-Ədəbi Mükafatın Təşkilat Komitəsinin baş əlaqələndiricisi Aydın Xan (Əbilov)
 
E-mail:
artyazar@yahoo.com

İnternet ünvanlar:

 www.yysq.azeriblog.com

www.artyazar.azeriblog.com

 www.xariciedebiyyat.azeriblog.com

www.azəriedebiyyati.azeriblog.com 


Bookmark and Share
elaqelendirici     Fevral 5, 2008 9:08
Şərhlər(0)    97 oxunma
Layihələr, Proqramlar, Kulturoloji Müsabiqə    

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

elaqelendirici
  • İndi blogda: 24
  • Keçən ayın hiti: 1146
  • Dünənki hit: 30
  • Bugünki hit: 75
  • Ümumi hit: 12855

AddThis Feed Button
Add to Technorati Favorites


  © Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com