Reklam verin!
     
 

Yeni Yazarlar Qurumu

"Milli Kitab və yeni oxu mədəniyyəti ili" Kulturoloji aksiya başladı

Yeni Yazarlar və Sənətçilər Qurumu 2008-ci ili "Milli Kİtab və yeni oxu mədəniyyəti İLİ" elan etmişdir. Bu aksiya çərçivəsində Yeni Yazarlar və Sənətçilər Qurumunun ilk tədbiri dünən baş tutdu.
“Sağlam ol” milli tibb jurnalının təqdimatı keçirildi.
Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığı ilə 24 yanvar 2008-ci il tarixində  Beynəlxalq Mətbuat Mərkəzinin Böyük zalında Avropa standartlarına cavab verən poliqrafik keyfiyyətlə nəşr olunmuş milli elmi-kütləvi təbabət nəşrinin - "Sağlam ol" adlı rəngli (Azərbaycan dilində) jurnalının təqdimat mərasimi keçirildi.
jurnal
Tədbiri YYSQ sədri, yazıçı-kulturoloq, nəşrin redaksiya heyətinin üzvü Aydın Xan (Əbilov) açdı, ilk sayı bu günlərdə işıq üzü görən "Sağlam ol" dərgisinin səhifələrində Azərbaycan dilində (qismən rusça) verilən materiallar - elmi-kütləvi məqalələr, maraqlı tibb xəbərləri, sağlam həyat tərzinin sirlərini izahlayan yazılar, həkim və təbiblərlə oxunaqlı müsahibələr, insan sağlamlığına aid çoxsaylı materiallar, gözəllik dərmanı, cavanlaşma balzamı, psixoloq məsləhəti, xeyirli qida, xalq təbabəti, müxtəlif xəstəliklər və onların fəsadları, təbabət yenilikləri, narkomaniya və sağalmaz xəstəliklər kimi hər bir insana gərəkli bilgiləri əhatələyən ciddi informasiyalar, hətta tibbi mövzuda lətifələr, rəngli şəkillər, gərəkli reklamlar yer aldığı barədə geniş məlumat verdi.
Dərginin təsisçi Nuriyyə Ağazadə, redaktoru yazıçı-publisist Əli Həsən, tanınmış şair Oqtay Rza, ARGT Milli Şurasının sədri İlqar Orucuv və başqa qonaqların çıxışı edərək bildirdilər ki, "Sağlam ol" nəşrinin elə ilk sayından Azərbaycanda elmi-kütləvi sahə nəşrləri arasında poliqrafik keyfiyyətlərinə, sanballı materiallarina görə seçilir, dəyərli mətbu orqanı olaraq tezliklə anadilli oxucuların rəğbətini qazanacaqdır.
Təbabətlə maraqlanan şəxslər, tibb elminin biliciləri dərginin yaradıçı əməkdaşları, səhiyyə işçiləri, elm adamları, tibb yazarları, jurnalistlər, QHT rəhbərləri, televiziyaçıların iştirak etdiyi məclisdəkilərə dərginin ilk sayı ərməğan edildi, bu sahə üzrə polemikalar aparıldı, rəylər, təkliflər, arzular dinlənildi.
Çıxışçılar Azərbaycan dilində belə bir kütləvi sahə nəşrinin davamlı surətdə işıq üzü görməsinin vacibliyini vurğulamaqla yanaşı, jurnalda peşəkarların hazırladığı materiallara geniş yer ayrılmasını da təklif etdilər.
 
Sonda yazılı və elektron KİV nümayəndələrinin çoxsaylı sualları cavablandırıldı, “Sağlam ol” dərgisinin redaksiya əməkdaşlarının gələcək planları barədə məlumatlar açıqlandı.

Yeni Yazarlar və Sənətçilər Qurumunun İctimaiyyətlə Əlaqə və Mətbuat Xidməti
Toplam 100 000 nəfərin yararlandığı
 
www.artyazar. azeriblog. com
 
portalına ziyarət edin!!!
 
 
Eləcə də 1 100 000 e-kitab əldə etmək istəyirsinizsə, onda portalımızın
 
www.xariciedebiyyat .azeriblog. com
 
ilk Sadələşdirilmiş Milli e-Axtarış Sisteminın - Virtual Hiper Kitabxana.

Bookmark and Share
elaqelendirici     Yanvar 25, 2008 11:23
Şərhlər(0)    105 oxunma
Tədbirlərimiz    

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

elaqelendirici
  • İndi blogda: 31
  • Keçən ayın hiti: 1146
  • Dünənki hit: 30
  • Bugünki hit: 82
  • Ümumi hit: 12862

AddThis Feed Button
Add to Technorati Favorites


  © Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com