Reklam verin!

QHT-lərə DÖVLƏT DƏSTƏYİ ŞURASI ÜZVLÜYÜNƏ NAMİZƏDLƏRİN İRƏLİ SÜRÜLMƏSİ

Yazar: elaqelendirici @ Yanvar 18, 2008 11:19

QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ ŞURASI ÜZVLÜYÜNƏ NAMİZƏDLƏRİN İRƏLİ SÜRÜLMƏSİ ÜÇÜN İXTİSASLAŞMIŞ QHT QRUPLARININ YIĞINCAQLARI KEÇİRİLƏCƏKDİR

AzərTAc xəbər verir ki, Prezident İlham Əliyevin 2007-ci il 13 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”yə uyğun olaraq, Şura üzvlüyünə namizədlərin irəli sürülməsini təmin etmək üçün 2008-ci ilin fevralında ixtisaslaşmış QHT qruplarının yığıncaqları keçiriləcəkdir.
Prezidentin İcra Aparatından verilən məlumata görə, yığıncaqlarda insan hüquqları və demokratiya, ailə, qadın və uşaq, qaçqın, köçkün, əlil və veteranların məsələləri, iqtisadi və sosial məsələlər, təhsil, elm və mədəniyyət,


 gənclər və vətənpərvərlik tərbiyəsi, səhiyyə, sağlamlıq və ekologiya, narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə sahələri üzrə ixtisaslaşmış QHT-lər iştirak edə bilər. Hər bir QHT yalnız bir ixtisaslaşmış qrup üzrə yığıncaqda bir nümayəndə ilə təmsil olunacaqdır.
Yığıncaqlarda iştirak etmək və namizədləri irəli sürmək üçün qeyri-hökumət təşkilatları fevralın 10-dək Prezidentin İcra Aparatına müraciət edə bilərlər.
QHT tərəfindən Şura üzvlüyünə irəli sürülən namizəd “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”nin tələblərinə uyğun olmalıdır.


ELAN

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”nin 3.6-cı bəndinə uyğun olaraq, Şura üzvlüyünə namizədlərin irəli sürülməsini təmin etmək üçün 2008-ci ilin fevral ayı ərzində aşağıda qeyd olunan sahələr üzrə ixtisaslaşmış QHT qruplarının yığıncaqları keçiriləcəkdir:

insan hüquqları və demokratiya;
ailə, qadın və uşaq məsələləri ;
qaçqın, köçkün, əlil və veteranların məsələləri;
iqtisadi və sosial məsələlər;
təhsil, elm və mədəniyyət;
gənclər və vətənpərvərlik tərbiyəsi;
səhiyyə, sağlamlıq və ekologiya;
narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə.

Yığıncaqlarda iştirak etmək və namizədləri irəli sürmək üçün qeyri-hökumət təşkilatları 2008-ci il fevralın 10-dək Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına müraciət edə bilərlər. Hər bir QHT yalnız bir ixtisaslaşmış qrup üzrə qeydiyyata alınır və yığıncaqda bir nümayəndə ilə təmsil olunur. Müraciətdə QHT iştirak edəcəyi qrupu göstərməli və öz nümayəndəsi haqqında məlumat verməlidir (müraciətin forması əlavə olunur).
QHT tərəfindən Şura üzvlüyünə irəli sürülən namizəd “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”nin 3.3. və 3.4-cü bəndlərinin tələblərinə uyğun olmalıdır. Namizədi irəli sürmüş qeyri-hökumət təşkilatı müvafiq anket sorğusunu təqdim etməlidir (anket sorğusunun forması əlavə olunur).
QHT qrupları üzrə yığıncaqların keçirilmə tarixi və yeri haqqında əlavə məlumat veriləcəkdir.


Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı


NÜMUNƏ

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İCRA APARATINA

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə namizədlərin irəli sürülməsi məqsədilə ________________________________qrupu
                                                                                                                     (ixtisaslaşmış qrupun adı)


üzrə keçiriləcək yığıncaqda iştirak etmək üçün _____________________________________ qeydiyyata
                                                                                                               (təşkilatın adı)
almağınızı xahiş edirik.

Yığıncaqda təşkilatımızı______________________________________________________________
                                                            (nümayəndənin təşkilatda vəzifəsi, soyadı, adı və atasının adı)
təmsil edəcək.

                                                        __________________________
                                                                                                (imza)
                                                        __________________________
  M.Y.                                                               (QHT rəhbərinin soyadı və adı)

                                                        “____” _____________ 2008-ci il


                                                        Əlaqə vasitələri:
                                                                   telefon:
                                                                   faks:
                                                                   e-mail:


NÜMUNƏ

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ ŞURASININ ÜZVLÜYÜNƏ NAMİZƏD HAQQINDA

ANKET SORĞUSU
 
Namizədi irəli sürmüş qeyri-hökumət təşkilatı haqqında məlumat:
1.Təşkilatın adı _______________________________________________________________
_________________________________________________________________________________
2.Təşkilatın təsisçilərinin soyadı, adı, atasının adı _________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
3.Təşkilatın yaranma tarixi, qeydiyyatı, məqsəd və vəzifələri ____________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
4.Ünvan _______________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
5.Əlaqə vasitələri _____________________________________________________________
(telefon, faks, elektron poçt)
 
Namizəd haqqında məlumat:
 
1.Soyadı, adı, atasının adı ____________________________________________________
2.Doğulduğu tarix _____________________________________________________________
3.Təhsili _______________________________________________________________________
(ali təhsil müəssisəsinin adı və ixtisası)
4.Əmək fəaliyyəti _____________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
5. Qeyri-hökumət təşkilatları sektorundakı fəaliyyəti
5.1 Üzvü olduğu qeyri-hökumət təşkilatının adı ____________________
__________________________________________________________________________
5.2 Həmin təşkilatda tutduğu vəzifə__________________________________
__________________________________________________________________________
5.3 Rəhbərlik etdiyi layihələr:
N Layihənin adı Donoru Həyata keçirildiyi tarix və yer
       
       
       


 
5.4 İştirak etdiyi layihələr:
N Layihənin adı Donoru və təşkilatçısı Həyata keçirildiyi tarix və yer
       
       
       


 
       Bu anket sorğusunda verilən bütün məlumatların doğruluğunu və namizədin “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”nin 3.3. və 3.4-cü bəndlərinin tələblərinə uyğunluğunu təsdiq edirəm.


 
________________________________
(imza)
_________________________________
M.Y.                                                        (QHT rəhbərinin soyadı və adı)
 
“______” ________________ 2008-ci il
 
Qeyd: Namizədin ali təhsil haqqında diplomunun və əmək kitabçasının surətləri
         anket sorğusuna əlavə olunmalıdır.

http://azertag.com/




Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha