Yeni Yazarlar və Sənətçilər Qurumunun layihəsi əsasında “Virtual hiper kitabxana: ilk sadələşdirilmiş milli elektron axtarış sistemi” fəaliyyətə başladı. 700-ə yaxın səhifəsi olan saytın istifadəçisi 1-5 saniyə ərzində müxtəlif kitabların elektron variantını əldə etmək imkanı qazanır.
Азербайджан, Баку /корр. « Тренд » С.Ильхамгызы/ Депутат, писатель-публицист Эльмира Ахундова во вторник провела презентацию многотомного романа-исследования «Гейдар Алиев: личность и время», посвященная жизни и деятельности Гейдара Алиева. На презентации были представлены два тома книги.
Azərbaycanda yaşayan azsaylı xalqların şifahi və yazılı ədəbiyyat nümunələrindən ibarət antologiya hazırlanır. Bu barədə APA İA-nə layihənin əlaqələndiricisi, Yeni Yazarlar və Sənətçilər Qurumunun rəhbəri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov) məlumat verib. Onun sözlərinə görə, antologiya “Bir xalçanın rəngləri” adlanacaq.
Yeni Yazarlar və Sənətçilər Qurumunun layihəsi əsasında “Elektron kitabxana: ilk milli elektron axtarış sistemi” fəaliyyətə başlayıb. Bu barədə APA-ya qurumun rəhbəri Aydın Xan məlumat verib. Onun sözlərinə görə, 500-ə yaxın səhifəsi olan saytın istifadəçisi 1-5 saniyə ərzində müxtəlif kitabların elektron variantını əldə etmək imkanı qazanır.
www.xariciedebiyyat.azeriblog.com ünvanına daxil olmaqla Azərbaycan, türk, rus və ingilis dillərində olan elmi, tarixi, bədii, dini, ictimai-siyasi kitablardan istifadə etmək mümkündür. Saytda həmçinin dünya ədəbiyyatının Azərbaycan dilinə tərcümələri də yer alıb. Saytın pulsuz olduğunu deyən A. Xan bu elektron kitabxana və axtarış sisteminin “Virtual Azərbaycan” layihəsinin bir hissəsi olduğunu bildirib. /APA/
Yeni Yazarlar və Sənətçilər Qurumunun "İntellektual-Kulturoloji Ədəbiyyat Kitabxanası" seriyasından ilk nəşr - tanınmış yazıçı-kulturoloq Aydın Xanın (Əbilov) "Kulturoloji - alternativ düşüncələr" adlı ilk kitab Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə nəşr olunub. Aşağıdakı keçidlər vasitəsiylə ("QuarkXPress 5.0" proqramının köməkliyi ilə) kitabımın e-variantı ilə tanış ola bilərsiniz:
Noyabrın son günü Bakıda əlamətdar ədəbi-mədəni hadisə baş verdi: iki qardaş mədəniyyətə - ədəbiyyata həsr olunmuş tədbiri məhz beləcə xarakterizə etmək mümkündür.