Təşkilatlar və Maliyyə Müəssisələri
Maliyyə mənbələri - İçtimai müəssisələrin maliyyələşdirilməsi üzrə müəssisə və təşkilatların siyahısı
AAUW Təhsil Təşkilatı təhsil sahəsində birbaşa qadın və qızların xeyrinə çalışan ölkənin ən böyük özəl maliyyə mənbələrindən biridir. Təşkilat təməl araşdırmaları, ali təhsil müəssisələrində elmi araşdırma işlərini, Yer üzünün tanınmış qadınları üçün qrantların təşkili, özəl mükafatlar; və içtimai zəruri layihələrin maliyyələşdirilməsini həyata keçirir.
Təşkilatın təməl maraqları və proqramları əsasən 4 sahə üzrə nəzərdə tutulmuşdur. Elm və Texnologiya; Həyat tərzi, rəqabət və iqtisadiyaat standartları; Elm və Texnologiyada təhsil və karyera, Seçkin Milli Nəşrlər
Alton Cons Təşkilatı özəl qrant təsis edici təşkilat olaraq əsasən ümumi ətraf mühitin mühafizəsi və nüvə müharibələri və kütləvi radioaktiv və məhvedici materialların buraxışına qarşı çalışan müəssisədir. Alton Cons Təşkilatı 1944-cü ildə Alton Cons tərəfindən "Yer üzü insanlarının rifahını və ümumi həyat tərzinin yaxşılaşdırılması" məqsədilə təsis olunmuşdur.
İstehsalımızdan əldə olunan bütün gəlirlər araşdırmalara, ətraf mühit və onun sağlamlığımıza təsiri haqqında tədrisinə sərf olunmaqdadır. Ətraf mühitdə rastlaşılan bir çox xəstəliklərin profilaktikası və kimyəvi həssaslığa qarşı tətbiq olunan bir çox metodlar bilavasitə bu təşkilatın həyata keçirdiyi araşdırmaların birbaşa nəticəsidir.
Bu üç təşəbbüs üçün əsas hədəflər aşağıdaki kimi açıqlana bilər:
CV Elmi: araşdırmalardan yeni biliklərin əldə edilməsi; elmi çıxışlar, dərgilər və konfranslardan qazanılan araşdırma yeniliklərinin yayılması; AMA-nın içtimai və elmi profesional proqramlarının dəstəklənməsi üçün güclü və sağlam məlumat bazasının qorunub saxlanması;
CV Tədrisi və İçtimai Proqramlar: sağlamlığın yaxşılaşdırılması və ürək xəstəlikləri ilə mübarizə, AMA-nın içtimai və profesional təhsil, içtimai xidmət proqramları və içtimai siyasi təşəbbüslər
Gəlirin yığılması:
Qeyri-gəlir müasir musiqi məlumat və resurs mərkəzi. Qrant təklifinin dəyərləndirilməsində aşağıdakı kriteriyalar tətbiq olunacaq: proqramlaşdırma və icranın keyfiyyəti; mövsüm və ya layihənin sona çatdırılmasında ümumi mali iqtidar
İncəsənət və mədəniyyət ; mühafizə və Ətraf mühit
Proqramlar: əhali, antropoloji demoqrafiya üzrə elmi qrantlar, azyaşlı ali məktəb tələbələrinə təyin olunmuş təqaüdlər, Hümanitar Elmlər üzrə təqaüdlər, Elmi-praktik Dərgilərin Mühafizəsi Layihəsi
Artrit fondunun əsas missiyası/məqsədi artrit xəstəliyinin qarşısının alınması və onun profilaktikasına yönəlik araşdırmaların dəstəklənməsindən ibarətdir.
Milli İanələr və təhsil bölümünün Təsviri İncəsənət üzrə JFK Mərkəzinin incəsənətlə bağlı maliyyələşdirməni həyata keçirmə məqsədini daşıyır. Fəaliyyətlərin icrası üstəlik tələbə ziyafətləri, Milli Simfonik Orkestr, Amerikalıların Kennedi Təqaüdlər Mərkəzi, Ali təhsil praktika Proqramı (internatura) üzrə Kennedi Mərkəzi, Amerikan Kolleci Teatr Festivalı
Fond tərəfindən hər il Asiyanın otuz yeddi və Sakit Okean Hövzəsi dövlətlərinin hökumət və qeyri-hökumət təşkilatlarına 1500-dən artıq qrant verilir. Bu qrantlar təmsilçi hökumət dairələrini gücləndirən layihələri n, effektiv hüquqi sistemlərin təşkilini, bazar iqtisadiyatının təşviqi, dövlət və özəl sektorda hesabat aparılmasının nizamlanması, azad və məsuliyyətli media vasitələrinin təşkilini, sosial həyatda yaxından iştirakın təmin olunmasının dəstəklənməsi doğrultusunda işlərin aparılması bu Fondun fəaliyyəti çərçivəsinə daxildir.
Məqsəd, inkişaf etməkdə olan dövlətlərin şəhər və kənd ərazilərində tərəvəz yetişdirmə, satış və paylanması fəaliyyətlərinin ətraf mühitin qorunmasını təmin edəcək şəkildə təkmilləşdirilmiş metodlarla tətbiqi ilə yoxsul əhalinin qidalanmasının yaxşılaşdırılması və gəlirlərinin artırılmasını hədəf tutuan işlərin həyata keçirilməsindən ibarətdir.
Bu fond aşağıdaki 4 proqram üzrə qrant verilməsini təşkil edir: İncəsənət və Mədəniyyət; Təhsil; Səhiyyə və Hümanitar Xidmətlər; Beynlxalq Cəmiyyət Xidmətləri
Bu fond, orta məktəblərin və sinifdən kənar təhsil imkanlarının genişləndirilməsi üzrə strategiyaların və model proqramların təkmilləşdirilməsi üzrə iş aparır. Bizim fəaliyyətlərimiz hər bir uşağa təhsil almaq üçün tam hüquq və imkan verilməsinin zəruriliyinə əsaslanan bir inama bağlıdır. Hər bir təhsil almış uşaq, məktəblərdə aldığı biliklərlə həyatı boyunca püxtələşdirilmiş təfəkkürünün və təhsilinin tətbiqi yoluyla bu cəmiyyətin gələcək əsrə istiqamətləndirilməsində texniki savadlı, qlobal miqyasda rəqabətçi işçi qüvvəsinə qarşı bacarığı və özünə əminliyi ilə üstün gələcək bilikli vəsiləni təşkil etməkdədir.
Təşkilatın məqsədi cəmiyyət maraqlarına yönəlik müəssisələrin media bazarında media Helping public interest organizations work in the media marketplace by producing media guides, conferences and demonstration projects.
stratejik kommunikasiya planlarının təkmilləşdirilməsi və həyata keçirilməsi, həmçinin təkmilləşdirilmiş kommunikasiya təcrübələri və vasitələrinin tətbiqi təşkilat tərəfindən reallaşdırılmaqdadır.
Bununla yanaşı, köhnəlmiş Milli İnformasiya İnfrastrukturasının formalaşmasında iştirakçı olacaq cəmiyyət maraqlarına yönəlik prinsiplərə əsaslanan qeyri-gəlir müştərilərinin ortaya çıxarılması doğrultusunda işlər aparır.
Fondun əsas məqsədi bəlli iqtisadi çətinliklə üzləşən digər yerli qeyri-gəlir təşkilatları və ya ayrı-ayrı şəxslərə yardımçı olmaq üçün fondların toplanması və onun bölüşdürülməsi ilə məşğul olmaqdır. Fond digər qeyri-gəlir müəssisələrinə əlavə mali fondlar təmin etməklə onların da öz növbəsində aid olduqları cəmiyyətə daha yeni və keyfiyyətli xidmətlərin təklif edilməsini, həmçinin mövcud proqramların icrasında yaxında iştirakını təşkil edir.
- Böyuk Britaniya Konsulluğu
Böyuk Britaniya Konsulluğu Britaniya və digər ölkələr arasında təhsil, mədəni və texniki əməkdaşlıq imkanlarının genişləndirilməsi doğrultusunda fəaliyyət göstərir. Konsulluğun fəaliyyətinin əsas məqsədi uzun müddətli və dünyəvi əməkdaşlıq əlaqələrinin qurulması, həmçinin beynəlxalq anlaşmanın əldə edilməsinə yönəldilimişdir.
Ballit Fondu öz fəaliyyətini Sakit Okean hövzəsinin şimal-qərbində ətraf mühitin mühafizəsi və canlandırılması işlərinə həsr etmişdir. Proqramın fəaliyyətdə olduğu ən önəmli səkkiz məsələ: Saliş Dənizi, Kolumbiya Çayının hövzəsi, Açıq Fəza/Ənginlik, Böyumənin/İnkişaf üzrə menecment, Şimal-qərbi meşə massivləri, Enerji və nəqliyyat, Ətraf mühitdən düzgün istifadə və digər ətraf mühit problemləri
Bu müəssisə Kaltek tələbələrinə müxtəlif təqaüdlər üzrə araşdırmaların aparılması və bu proqramlara müraciət etmələri üçün geniş çeşiddə xidmətlər təklif edir. Bundan əlavə, tələbələr bizim köməyimizlə xaricdə iş, təhsil, və səyahət imkanları barəsində məlumat qazana bilərlər.
Korporasiyanın dəstəklədiyi 4 əsas proqram: Uşaqların və Gənclərin sağlam və savadlı böyuməsi proqramı; ölümlə nəticələnəcək konfliktlərin qarşısını alma proqramı; İnkişaf etməkdə olan ölkələrdə insan qüvvəsinin gücləndirilməsi
Xüsusi layihələr
Vətəndaş Təşəbbüsləri Mərkəzi (VTM) San-Fransisko mənşəli qeyri-gəlir təşkilatı olub Rusiya vətəndaşlarına öz gələcəkləri üçün məsuliyyəti götürməyi və Rusiyaya bazar iqtisadiyatına keçid dövründə dəstəkləmə fəaliyyətlərini yerinə yetirir.
Ətraf mühitin mühafizəsi Beynəlxalq qanunu üzrə mərkəz (ƏMMBQM) cəmiyyətin maraqlarına yönəlik qeyri-gəlir ətraf mühiti mühafizəsi üzrə hüquq firması olub 1989-cu ildə təşkil olunmuşdur. Təşkilatın əsas məqsədi ABŞ sivil cəmiyyətinin ətraf mühiti mühafizə üzrə hərəkatının enerji və təcrübəsini bütün dünyada beynəlxalq və rəqabətçi ətraf mühiti mühafizə qanunun, bu istiqamətdə siyasətin və idarəetmənin gücləndirilməsi və təkmilləşdirilməsi kimi kritik məsələlərdə uğurla tətbiq etməkdən ibarətdir.
Yerlərdə Araşdırma Mərkəzi (YAM) 1973-cü ildə Yer Kürəsinin öyrənilməsi məqsədilə təşkil olunmuş və alim və elmi işçilərdən gələn təkliflərə əsaslanan müəssisədir. Özəl qeyri-gəlir müəssisəsi olan YAM beynəlxalq məsləhət komitələrinin tanınmış alim və hümanitar elmlər üzrə işçilər tərəfindən dəstəklənməkdədir. YAM-ın təşkili ilə Yer kürəsinin öyrənilməsində, texniki və hümanitar elmələrin interdissiplinar və beynəlxalq proqramlarının təkmilləşdirilməsində azad mütəxəssis dəyərləndirməsinin vacibliyinə artıq heç kəs şübhə etmir
Bu təşkilatın yeganə məqsədi: xeyriyyə işlərinə yönələn fond axımının mümkün qədər güclü və effektiv olması üçün mümkün bütün variant və metodların çalışdırılmasından ibarətdir. Yerinə yetirilən fəaliyyətlərin ayrılmaz bir hissəsi isə effektiv və enerji mənbəyi işçi qüvvəsini maksimum dəstəklənməkdir.
Mərkəzi Şərqi Avropa, həmçinin də keçmiş Sovetlər birliyində mövcud üçüncü sektorun canlandırılması doğrultusunda işlər apararaq bu ölkələrdə sivil cəmiyyətin qurulmasına tövhələr verməkdədir. Təşkilat, reqion üzrə məsul digər fondlarla müştərək proqramlar işləyib hazırlayaraq ərazidə çalışan təşkilatları informasiya və hörümçək toru kommünikasiya xidmətlərilə təmin edirlər.
Özəl xeyriyyə fondu olub, təhsil, sağlamlıq, mükafat və sosial fəalliyyətlər üzrə əməliyyatda olan proqramlara qrant təsis edilməsi ilə məşğuldur.
Hər il bu fond 10 580 dollar həcmində (Müqəddəs Luisin ruhunun dəyərini göstərən simvolik) məbləğ qrant olaraq ayırır. Bu məbləğ, Lindberqsin texnologiyanın inkişafı və təbiət/insan faktorlarının mühafizəsi arasında balansın mövcudluğu barəsində düşüncələrinə yönəlik şəxsi təşəbbüs və geniş miqyaslı nizamlı çalışmaların müəllifi qadın və kişilər üçün nəzərdə tutulmuşdur.
BHM bütün dünya üzrə gənc araşdırmaçılara (maqistratura və doktorantura tələbələri) öyrətmə və araşdırma fəaliyyətləri üzrə beynəlxalq əməkdaşlığın dəstəklənməsi məqsədilə qrantlar təsis edir. Fəal iştirak və interaktiv təmas araşdırma və öyrətmə nöqteyi nəzərindən xüsusi əhəmiyyət kəsb edir.
Birlik ölkələrində qruplara fondların bölüşdürülməsi üzrə qrant təsis edən təşkilatdır.
Mühafizə Fondu 1982-ci ildə maraqlı tərəflərə-dövlətlər, korporasiyalar, təşkilatlar, müəssisələr və assosiasiyalara ətraf mühit məsələləri üzrə işbirliyinin asanlaşdırılması və dəstəklənməsi məqsədilə yaradılımışdır. Təşkilat sponsorluqla həyata keçirilən və geniş çeşiddə proqram və layihələrin tərtibi və həyata keçirilməsi ilə məşğuldur.
İVK 1967-ci ildə Konqress tərəfindən təşkil olunmuş özəl və qeyri-gəlir təşkilatı olub, Amerikan xalqına göstərilən televiziya, radio və digər telekommunikasiya xidmətlərinə nəzarət funksiyasını yerinə yetirir.bizim missiyamız yüksək keyfiyyətli tele-radio layihələri, tədris və informativ proqramların tərtibatına mali yardım göstərməklə Amerikan xalqının mədəni həyatını zənginləşdirməkdən ibarətdir. Biz Amerikan həyat tərzi və mədəniyyətini, həmçinin sərhədlərimizin hüdudundaki bütün dünya mədəniyyətinin incilərini təsvir və təqdim edən layihələrə xüsusilə üstünlük veririk.
Tələbələrin Beynəlxalq Mbadiləsi üzrə Konsulluq, 1947-ci ildə özəl təşkilat olraq yaradılmış və ABŞ administrasiyasına Kamil Zəkalar Proqramı üzrə yardım etmə məqsədini rəhbər tutur. Əsas qərargahı Vaşinqtonda yerləşən TBMK hər il 800-ə yaxın elmi işçi və mütəxəssisi Amerikadan kənara və eyni zamanda həmin sayda xarici elmi işçi və mütəxəssisləri isə öz ölkəsinə qəbul edərək bilgi mübadiləsi aparır. Kamil Zəkalar proqramından başqa bir çox digər mübadilə proqramları da TBMK tərəfindən idarə olunur. Bunlara NATO-nun Təkmilləşdirilmiş Araşdırma Ezamiyyət Proqramları və Təsis Qrant Proqramları, Asiyada Asiya Bilikləri Tələbə Proqramı aiddir ki, həmin proqramların bünövrəsi Ford Fondu tərəfindən qoyulmuşdur. TBMK Beynəlxalq Təhsil İnstitutu ilə birləşmşdir.
- Beynəlxalq Ticarət Administrasiyası-Ticarət Şöbəsi
BTA qlobal dünya çapında və həmçinin MDB ölkələri məkanında çalışan Amerikan iş adamlarına mali yardım imkanı yaratmaqla məşğuldur.
DAAD ali təhsil və Almaniya Federativ Respublikasının tələbə birliklərini təmsilçi təşkilatlardan ibarət müəssisə olub 1925-ci ildə təşkil olunmuşdur.1950-ci ildə yenidən təsis olunan təşkilat beynəlxalq elmi mübadilənin, yabancı mədəniyyətin və elmi siyasətin yayılması, həmçinin inkişaf etməkdə olan ölkələrlə elmi əməkdaşlığın, EU programları olan ERASMUS və LINGUAnın milli təmsilçisi və COMMET və TEMPUS üçün Alman informativ xidmətlərini; praktikant tələbələrin mübadiləsi üzrə IAESTE Milli Komitəsinin xidmətlərini təklif edir.
Çikaqo ərazisində qranttəsisçi təşkilatlar, içtimai, özəl və əməliyyat fondları da daxil olmaqla üzvlük əsasında qurulmuş assosiasiyadır.
Yerin Mühafizəsi üzrə sponsorlar planetimizin gələcəyinə tövhə verməyə hazır olan Sizin kimi vətəndaşları dəvət etməklə təşkil etdikləri mühim mədəni və ətraf mühit araşdırmalarını mali yöndən dəstəkləyirlər. Üzvlüyə əsaslanan qeyri-gəlir təşkilatı 1972-ci ildə təsis olunmuş, bu müddət ərzində 40000 nəfəri, bir həftədən üç həftəyə kimi müddətdə xüsusi elmi işçi və mütəxəssisləri, koral rif təbəqəsinin müşahidəsindən tutmuş içtimai sağlamlıq məsələlrinə qədər böyük bir diapazonda olan layihələr üzrə yaxından yardım göstərmələri məqsədilə səfərbər etmişdir.
Şərq-Qərb Mərkəzi milli təhsil və araşdırma təşkilatı olub dünyanın ən çox məskunlaşdırılmış və iqtisadi dinamik reqionları sayılan Asiya və Sakit Okkean hövzəsi üzrə ən əsas bilik və məlumat mənbəyi sayılır..
İqtisadiyyat Təsisatı qeyri-gəlir elmi korporasiyası olub beynəlxalq iqtisadiyyat, kənd təsərrüfatı və biznesin idarəçiliyi sahələrindən məzun olmuş tələbələrin ABŞ-da yüksək ali dərəcə üzrə təhsilini təşkil edir.
Edison Ortaqlığı Fondu Orta Atlantik reqionunda inkişaf edən şirkətlərə maliy yardım və istiqamətləndirici xidmətlər göstərir. Fondun Əsas Ortaqlarının ortaq sərmayə, müəssisə idari aksiyalarının əldə edilməsi,bankçılıq, müəssisə kontrolunun əldə edilməsi, texnoloji tərəqqi, biznesin inkişaf etdirilməsi və mütəşəbbüs fəaliyyətləri uzrə əsaslı təcrübələri vardır. Edison Məhdud Məsuliyyətli Ortaqlığı pensiya fondları, sığorta şirkətləri və sənaye korporasiyalarını da əhatə edir.
ETM dünya miqyasında yenilikçi/ixtiraçı layihələr yaratmaq və idarə etməklə məşğuldur. Bu layihələr araşdırma nəzəriyyəsi ilə təcrübəni birləşdirərək səhiyyə,insan haqları, texnologiya və ətraf mühit məsələləri üzrə mühim addımların atılmasını həvəsləndirən bir çox sahələri əhatə edən layihələr təşkil edir. Bir birindən fərqli olmalarına baxmayaraq ETM-nin bütün layihələrinin əsasında insanın tərəqqisində təhsilin ən əsas faktor və öyrənənlərin, həmin elmi prosesin aktiv və problemləri həllə bağlayan itştirakçıları olduğuna bağlı inam dayanır. Bu inamları rəhbər tutaraq insanın fiziki və məəvi potensialını gücləndirən, onun gələcəyə ivə özünə inamını artıracaq layihələr yaradırıq.
Enerji Fondu əsasən 5 sahə üzrə mükafat qrantları və birbaşa təşəbbüs fəaliyyətləri yerin yetiri: enerji təchizatı, binalar, nəqliyyat, bərpa olunabilən enerji mənbələri, və kompleks məsələlər . əsas coğrafi hədəf ABŞ olmaqla, reqional təşəbbüslərə xüsusi diqqət yetirilir.
Gürcüstan Ətraf Mühiti Mühafizə Fondu "insan səhəttinin hava, su və zəhərli maddələrlə çirklənməsi nəticəsində korlanmasının qarşısının alınması" deməkdir*. Həmçinin bu fond su və torpaq mənbələrinin, bioloji dəüişkənliklərin və vəhşi təbiət məskunlaşmasının mühafizəsi və istiqamətləndirilməsi, vətəndaşlara öz həyatlarında mühim rola sahib ətraf mühitlə bağlı qərarların alınmasında yaxından iştirak etmək üçün imkan yaradır*. Gürcülərə ətraf mühitlə təmas təcrübəsi verəcək savadlanma imkanları yaratmaq*. Təbii sərvətlərin balanslı şəkildə istifadəsinə imkan yaradacaq dövlət siyasətinin, enerjinin intensiv mühafizəsi və effektiv istifadə proqramlarının təşkili ilə məşğuldur*.
Baxmayaraq ki, şirkət mali yöndən sağlam bir struktura sahibdir, lakin əsas məqsədi heç də gəlir qazanmaq deyil. Burada əsas məqsəd təkmilləşdirilmiş xəbərləşmə menecmenti yolu ilə dünyamızın yaxşılaşdırılması və onun resurslarının ehtiyatla istifadəsini təmin etməkdir."
Avroasiya Fondu özəl idarəyə tabe qrant təsis edən müəssisə olub, keçmiş Sovetlər Birliyinin 12 ölkəsində (MDB): Ermənistan, Azərbaycan, Belorusiya, Gürcüstanb Qazaxstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Rusiya, Türkmənistan, Ukrayna və Özbəkistan kimi respublikalarda demokratiya və azad bazar iqtisadiyyatının təşviqinə xidmət edən proqramların maliyyələşdirilməsi ilə məşğuldur. Maliyyələşdirilən ən əsas sahələrə, Biznesin İnkişaf etdirilməsi, Biznes Təhsili və İdarəetməsi üzrə Treninq, İqtisad Elmləri və Araşdırmanın tədrisi, dövlət idarəetməsi və Yerli Hökumətin təşkili, qeyri-dövlət təşkilatlarının İnkişaf etdirilməsi, Hüquq İdarəetməsi, mediya və Elektrik kommunikasiya sistemləri aid edilməkdədir. Rəqabət istisna olunmaqla, təqdim olunan təkliflər hər zaman qəbul edilməklə orta mükafat məbləği 10 000ABD-18000ABD arasında dəyişməkdədir.
Əsas məqsəd, öndər elmi və araşdırma mali qurumlarını biraraya gətirməklə debatlara çıxarmaq, pan-Avropa təşəbbüslərinin planlaşdırılması və gerçəkləşdirilməsində iştirakını təmin etməklə elmin inkişafında bir aktivləşdirici (katalizator) rolunu oynamaqdan ibarətdir.
Vəziyyətin ağır olduğu reqionlarda iqtisadi inkişafı gücləndirmək, trans-Avropa nəqliyyat torunun təkmilləşdirilməsi, telekommunikasiya və enerji nəqli, sənayenin beynəlxalq rəqabətcilliyini artırmaq və onun Avropa səviyyəsinə yüksəlməsini təmin etmək, kiçik və orta ölçülü müəssisələrin dəstəklənməsi, ətraf mühitin mühafizəsi və həyat tərzinin yaxşılaşdırılması, şəhər həyatının dəstəklənməsi və Avropa Birliyinin kənd təsərrüfatı mirasının qorunub saxlanması, etibarlı enerji təchizatının təmin olunması AB-nin əsas fəaliyyət hədəfləridir.
Kafman Fondu proqramların icrası və bizim maraqlı olduğumuz iki önəmli sahədə-girişimçilik/biznes təhsili və gənclərin inkişafı proqramları üzrə hədəf qrant əldə olunması yönündə iş görür. Biz, şəxsi, müəssisə və cəmiyyət bazasında sərbəstlik və özünü idarə imkanlarını gücləndirəcək məzmunlu layihə və proqramların dəstəklənməsində maraqlıyıq. Biz inanırıq ki, başqaları ilə əməkdaşlıq etməklə sosial və iqtisadi tədbirlər ən uyğun şəkildə istiqamətləndirilə bilər ki, bunun da sayəində uşaqlarınb onların ailəsinin və üzvü olduqları cəmiyyətin inkişafı asanlaşar və Amerikada mütəşəbbüs inkişafına təkan verə bilərik.
Ford Fondu dünya üzrə bütün ixtiraçı şəxs və müəssisələr üçün mali mənbə rolunu oynamaqdadır. Əsas hədəflər demokratik dəyərlərin möhkəmləndirilməsi yoxsulluq və ədalətsizliyin azaldılması beynəlxalq əməkdaşlığın təşviqi və insanın nailiyyətlərinin təkmilləşdirilməsi uğrunda fəaliyyətlərdən ibarətdir.
1928-ci ildə Kral 1-ci Albertin təşəbbüsü ilə elmi araşdırmaların dəstəklənməsində İçtimai maraqları əks etdirən elmi müəssisə olaraq təşkil olunmuşdur. Flamand Trestlərinin İdarə Heyəti Flamand cəmiyyətinin universitetlərində və elmi araşdırma müəssisələrində təməl elmi araşdırmaların həvəsləndirilməsi və maliyyələşdirilməsi ilə məşğuldur.
Corc Lukas adına Təhsil Fondu bütün tələbələrin getdikcə kompleksləşən dünyada yaşamaq və çalışmağa hazırlayacaq təhsil təkmilləşdirmə yönlü ixtiraçı təklifləri dəstəkləyir.
DƏMM əsaslı iqtisadi inkişaf və ətraf mühitin qlobal mühafizəsi üzrə layihə və proqramlar hazırlayıb həyata keçirən ölkələrə qrant və güzəştli kreditlər təsis edir.
QQF yeganə Amerika mənşəli beynəlxalq qadınlar qrupunun və yalnız qadınların hüquqlarını qoruyan fonddur. Fondun 3 əsas maraq dairəsi: qadın hüquqları, qadınların media və kommunikasiya texnologiyasına çıxış azadlığı, qadının itqtisadi sərbəstliyi
Məqsəd insan, ətraf mühit və texnika arasındaki qarşılıqlı münasibətlər üzrə elmi bilik və araşdırmaların təkmilləşdirilməsinə yönəldilmişdir.
Məqsəd nəsli kəsilməkdə olan və nadir bitki və heyvan növlərinin gələcəyinin qorunmasından ibarətdir.
Azadlıq fondu qeyri-partizan beynəlxalq təşkilat olmaqla öz fəaliyyətlərini hər kəs üçün azad mətbuat, azad söz və azad ruh prinsiplərinə həsr etmişdir. Fond öz ismarışlarını əsasən konfranslar, elmi fəaliyyətlər, nəşrlər, verilişlər, on-layn xidmətlər, birliklər, treninq və araşdırmaları əhatə edən proqramlar vasitəsilə çatdırılır və aparılır.
Fondun əksər qrantları qeyri-gəlir və vergidən azad olunmuş Hartford və onun 29 ətraf qəsəbələrinin əhalisinə xidmət göstərən təşkilatlara məhdudiyyətsiz fondlar ayırmaqdadır. Əsasən qrantlar içtimai xidmət, səhiyyə, təhsil, incəsənət və hümanitar, həmçinin qonşuluqda inkişafı dəstəkləyən sahələr üzrə bölüşdürülür. Donor səlahiyyətində olan vəya onun tərəfindən bölüşdürülməsi nəzərdə tutulan kreditlər Fond tərəfindən nəzərdən keçirilməklə, onun spesifik donorların xeyriyyə maraqları ilə üst-üstə düşüb düşmədiyi yoxlanır. Qarşıda göstərilən Qrantlar bölümü Fondun ümumi prinsipləri və qrant siyahısı barəsində daha ətraflı və məzmunlu məlumat verəcək.
Bizim əsas fəaliyyətimiz 4 istiqamətdə təşkil olunur: sağlamlıq siyasəti, sağlam çoxalma, HİV siyasəti, Cənubi Afrikada sağlamlıq və inkişaf . fond, həmçinin məskəni olan Kaliforniya ştatında yenilikçilik və sağlamlıq siyasətinin aparılmasında xüsusi marağa sahibdir.
Henri M. Cekson Fondu Hərbi Təbabətin Təkmilləşdirilməsi üzrə 1983-cü ildə Konqress tərəfindən Təbabət Elmləri üzrə Hərbi Xidmətlər Universitetində tibbi araşdırma və təhsil sahəsində və hərbi tibbi cəmiyyət üçün qeyri-gəlir təşkilatı olaraq təşkil olunmuşdur. Bu təşkilat federal terapevtlərə, elm adamlarına tibbi araşdırmaların, təhsil və treninq apaılmasında üzrə ətraflı elmi, idarəetmə və administrativ xidmətlər təklif edir. Bu təşkilat həmçinin özəl sektorla federal səhiyyə cəmiyyət arasında əməkdaşlıq münasibətlərinin yaradılmasına kömək edir.
Tərəqqi və Yardım adına Müqəddəs Torpaq Fondu qeyri-gəlir təşkilatı olub beynəlxalq və milli proqramların tərtibatı ilə yoxsullara, fiziki yetərsiz olanlara imkanların yaradılması, dünya üzrə əziyyət çəkən insanlara praktiki tədbirlər görülməsi doğrultusunda iş görən qurumdur.
1953-cü ildə əsası qoyulmuş bu İntsitutunun alimləri ölkə ərazisində sağlamlıq və xəstəlik məfhumunun arxasında duran sirri tibbi araşdırmalar köməyilə aşkara çıxartmağa çalışırlar. Buna əlavə olaraq qrant proqramları vasitəsilə İnstitut Amerika tarixində ən böyük özəl elm-təhsil proqramının maliyyələşdirilməsi və tanınmış biomediklərin xaricdəki araşdırmalarını dəstəkləyir
Qrantlar vasitəsilə salmonun körfəzlərdə çoxalması üçün şərait yaradılmış, vəhşi və ev heyvanlarının tibbi qayğı və müalicəsi, xətti tezləşmə cihazının təşkili, şikəst arabalarının hərəkəti üçün maili yollar, qocalara hərəkətlə bağlı kömək göstərilməsi, yüzlərlə aspirantura tələbəsinə təqaüdlərin təsisatı, Karuk və başqa icmalara məxsus səbətlərin yığılması, qayğı, təmizləmə və kataloqlşdırma üzrə kömək göstərilməsi, kənd sağlamlıq mərkəzlərinin dəstəklənməsi və sair kimi işlər görülmüşdür. Lakin sadalananlar hər il görülən və görüləbiləcək işlərin sadəcə kiçik bir hissəsini təşkil edir
Bu fond tərəfindən maliyyələşdirilən sahələr əsasən Ali təhsil, xəstəxana, yataqxana, tibb bacıları dairəsi, ətraf mühit və mədəniyyət təşkilatları ilə görülən işləri əhatə edir.
BDF araşdırmalar üzrə aktivləşdirici rolunu oynayaraq alimlərə quş kolleksiyalarının toplanması, iş laboratoriyalarının və nəşrlərin, dünya quş mühafizəçiləri, bioloqlar və menecerlər arasında internet toru xəbərləşməsinin təşkilini təmin edir.
EBF-nun təklif etdiyi kömək növbəti təbiətə malikdir: araşdırma qrantları şəklində təşdim olunan mali yardım araşdırmaçılara avadanlıq, qısa müddətli istifadə vasitələri, uyğun ədəbiyyatın və s satın alınmasına imkanı yaradır. EBF Təchizat Şöbəsi avadanlıqların alışı və çatdırılmasında qrant sahibəlrinin adından təşkil edə bilər. EBF öz qrantçıları üçün ərazi emalatxanaları və treninq kursları təşkil edə bilər. Bu qəbildən olan yüksək səviyyəli alimlərin belə iştirak etdiyi elmi toplantılar, qrantçılara öz fikir və ideyalarını bölüşmə və yeni texnoloji irəliləmələrlə tanış olmaq imkanı verir. Qrantçılar elmi iclaslarda iştirak etmək üçün əlavə səyahət qrantları da alabilərlər.
Komitə qeyri-gəlir təşkilatı olub 1968-ci ildə ABŞ və SSRİ arasında elmi və araşdırma mubadiləsi üzrə əlaqələri tənzim etmək üçün təsis olunmuşdur. Sözün ən geniş mənasında təhsilə həsr olunmuş fəaliyyətlərilə BAMK həm coğrafi və həm də məzmun baxımından genişlənərək profesional treninq, institut təsisatı, texniki yardım göstərilməsi və MDB, Mərkəzi və Şimali Avropa və Monqoliya dövlətləri üzrə strategiyaların təyin olunması məsələlrini əhatə edəcək səviyyəyə gəlmişdir.
İnternyus qlobal kommunikasiya sahəsində ixtisaslaşmış beynəlxalq qeyri-gəlir təşkilatıdır. İnkişafdan qalmış ölkələrdə INTERNEWS azad televiziya, radio və mətbuat nəşrini müdafiə edir. Milli və beynəlxalq mahiyyətli məsələlərlə bağlı yenilikçi teleproqramların istehsalı və paylanması və elektronik medianı bir vasitə olaraq istfadə etməklə ölkə daxiil və ölkələr arası konfliktlərin azalmasına çalışır.
İrvin Sağlamlıq Fondu müstəqil, qeyri-gəlir və qran təsis edən təşkilat olub təhsil, araşdırma və sağlamlıq Oran vilayətində uyğun səhiyyə xidmətləri üzrə dəstəkləmə, həvəsləndirmə və sponsorluq xidmətləri təşkil edir.
Özəl fəaliyyət göstərən bir təşkilat kimi qrant təsisçi təşkilatlardan fərqli olaraq, Trest başqalarının deyil, öz qeyri-gəlir proqramlarını tərtib və idarə edən kifayət qədər kiçik qrupların birləşməsindən əmələ gəlmişdir. Əslində, Trest hər dörd ilin üç ili üçün ABŞ Vergi Qanuna əsasən hər proqramlarına yatırımın ortalama bazar qiymətinin 4.25%-ni vergi olaraq ödəməlidir. Əlavə olaraq, 0,75% isə qrant və bəxşişlər üçün istifadə olunabilər. Bu məbləğin bir hissəsi trestin fəaliyyətilə bağlı sahələrdə aparılan işləri dəstəkləmə məqsədilə Qetti Qrant Proqramının təsisinə sərf olunub.
Yerli təşəbbüslər, Təhsil, Ümumi, Sağlamlıq, Üzvlər, Sülh, Əhali, Ətraf mühit, Fond-geniş miqyaslı təşəbbüslər, və s.
Bu fond yüksək səviyyəli mütəxəssislərə icraçı incəsənət istisna olmaqla bütün sahələr (təbiət elmləri, içtimai elmələr, hümanitar elmlər, yaradıcı incəsənət) üzrə təqaüdlər təyin edir. Tələbələr üçün təqaüdlər nəzərdə tutulmamışdır.
Fondun təşkilində əsas iki səbəb: Senator Mandta aid arxiv və tarixi yaddaş əşyaları vəya bənzəri ləvazimatların mühafizə edilib yerləşdirilməsi üzrə obyektlərin tikilib istifadə olunması və eyni zamanda kənd təsərrüfatı, azad mütəşəbbislik, hümanitar, məhkəmə, tarix və təhsillə əlaqədar proqramların maliyyələşdirilməsi əsas götürülür. Pensilvaniya Forc Vallidə Azadlıq fondunun bünövrəsi qoyulandan bəri fondun modelini tərtib edib həyata keçirmək Mandtın hədəfinə çevrilmişdi.
Nou Hau Fondu Britaniya mənşəli proqram olaraq Mərkəzi, Şərqi Avropa və MDB dövlətləri arasında qarşılıqlı texniki əməkdaşlıq prinsiplərinə daayanır. Məqsəd bu qruplara daxil olan dövlətlərin çoxluqçu demokratiyaya və açıq bazar münasibətlərinə keçidini zonada Britaniya mənşəli yatırım artırılması və Britaniyanın əsas açar sektorlarda Britaniya təcrübə və bacarığını yetişdirmək və icra etməkdədir.